Baş prokuror Kamran Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti tərəfindən Daşkənddəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Bu barədə Tezadlar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Səfərin yekununda iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin bundan sonra daha intensiv şəkildə, o cümlədən Türk Dövlətləri Təşkilatının Baş Prokurorları Şurası çərçivəsində təlim tədris səfərləri formatında davam etdirilməsi qərara alınıb.