Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov İnterfaks-a məlumat verib. Peskov iki prezident arasında danışıqların çərşənbə axşamına təyin edilib-edilməməsi ilə bağlı suala "Mən bunu həqiqətən təsdiq edə bilərəm. Üstəlik onu deyə bilərəm ki, bu, artıq baş tutub. Orada Ukrayna müzakirə olunub”, deyə cavab verib.