Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasında təsdiqləməyə ümid edir.

Tezadlar.az Reuters-ə istinadən xəbər verir ki, bunu Aİ-nin rəhbəri Xosep Borrell deyib. Josep Borrell rəsmi səfərdə olduğu Panama şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, blok Moskvanı Ukraynaya müdaxiləyə görə cəzalandırmaq səyləri çərçivəsində Rusiyanın enerji ixracatını məhdudlaşdırmağa ümid edir. Avropa Komissiyasının bu həftə Aİ-yə sanksiyalar paketini, o cümlədən Rusiya neftinin alınmasına potensial embarqo təklif edəcəyi gözlənilir ki, bu da Moskvanı böyük gəlir axınından məhrum edəcək. Xarici Əlaqələr Şurasının iclasına sədrlik edən Borrell, Aİ-nin "bu idxalı əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq üçün tədbirlər görəcəyinə" ümid etdiyini, lakin bütün üzvlərdən bəzilərinin hələ razı olmadığını etiraf edib. Sitat: “Lakin mən əminəm ki, ən azı neft idxalı ilə bağlı bu razılaşma Şuranın növbəti iclasına qədər mümkün olacaq”.

Aİ Şurasının iclası mayın 10-da və mayın 16-da keçiriləcək.

A.Məmmədli