booked.netbooked.net booked.net  

AZƏRBAYCAN 12 SƏSİ UKRAYNAYA VERİBMİŞ, AMMA SƏHVƏN...

Xəbər verdiyimiz kimi, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da “Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilib. Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalında 25 ölkənin təmsilçiləri mahnılarını təqdim ediblər. Həmin ölkələr  - Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və İtaliyadır.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli müsabiqədə  “Fade To Black” adlı mahnısını 15-ci nömrə altında çox möhtəşəm ifa edib.

 40 ölkənin milli münsif heyətlərindən səsvərmə zamanı Azərbyacana verilən səslər belə oldu:

San Marino – 7

Şimali Makedoniya – 4

Malta – 2

Ukrayna – 5

Albaniya – 3

Estoniya – 3

Almaniya – 6

Belçika – 3

Yunanıstan – 12

Moldova – 1

Bolqarıstan – 3

Serbiya – 12

Kipr – 10

İspaniya – 12

Monteneqro -1  

Böyük Britaniya – 7

Finlandiya - 3

İsveç -7

Avstraliya – 2.

Azərbaycan 19 ölkənin milli münsiflərindən ümumilikdə 103 səs yığaraq onluqda -10-cu pillədə yer aldı.

Azərbaycanın milli münsif heyəti isə ən yüksək - 12 səsi Böyük Britaniyaya verib.

Təəssüf ki, ölkələrin xalq səsverməsi zamanı  Azərbaycana cəmi 3 səs verildi... Əlbəttə ki, bu rəqəm Azərbaycan təmçilçisinin möhtəşəm mahnısı və ifası üçün gözlənilməz idi...

Beləliklə, Azərbaycan “Eurovision 2022” mahnı müsabiqəsində 106 səs ilə 16-cı yerdə qərarlaşdı.

Gözlənildiyi kimi, Ukrayna (Kalush Orchestra kollektivi "Stefania" kompozisiyası ilə) xalq səsverməsi zamanı 439 səs qazanaraq (ümumilikdı 631 səslə) finala yüksəldildi. İkinici yerdə 466 səslə Böyük Britaniya, üçüncü yerdə isə 459 səslə İspaniya qərarlaşıb.

P.S. Qeyd edək ki, müsabiqə bitdikdən sonra İTV-nin efirində “Eurovision 2022” ilə bağlı müzakirə gedərkən bildirilib ki,  Azərbaycan 12 səsi Ukraynaya veribmiş (efirdə baş vermiş texniki səbəbdən), lakin səhvən Böyük Britaniyaya verildiyi elan edilib.

Xatırladaq ki, müsabiqə zamanı Azərbaycanla bağlantı yaradılarkən (texniki səbəbdən) əlaqə kəsildi.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN