booked.netbooked.net booked.net  

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiyanın genişmiqyaslı işğalı ilə başlayan müharibədən sağ çıxacağına əmindir və bu çağırışın NATO-nu görünməmiş şəkildə birləşdirdiyini qeyd edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, o, belə bəyanatları öz Tvitter səhifəsində dərc edib. "Biz bilirik ki, suveren müstəqil Ukrayna ayaqda qalacaq. Həm də bilirik ki, Ukraynanı dəstəkləməklə biz bütün dünyada sülh və təhlükəsizliyin əsası olan suverenlik və müstəqillik prinsiplərini müdafiə edirik", - deyə Blinken bildirib.
O qeyd edib ki, Putin Ukraynanı müstəqil dövlət kimi məhv edə, NATO-nu parçalaya biləcəyinə inanaraq müharibəyə başlayıb. "Əvəzində isə o, yalnız Ukraynanın suverenliyini və müstəqilliyini gücləndirdi. NATO isə həmişəkindən daha güclü oldu. Biz Ukrayna hakimiyyəti və xalqının suverenliyini qoruya bilməsini təmin etmək üçün vahid və qətiyyətli addımlar atmaqdayıq".

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq mayın 15-də demişdi ki, Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir.
2012-2014-cü illərdə NATO-nun Birgə Komandanlığının və 2014-2017-ci illərdə NATO-nun Avropadakı qüvvələrinin komandanı olmuş ABŞ briqada generalı Ben Hodcesin sözlərinə görə, rusiyalı diplomatların son bəyanatları Rusiyanın özünün təslim olması ilə bağlı real etirafları kimidir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN