Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçlə "heç bir probleminin olmadığını" bildirib, amma həm də cavab tədbirləri görəcəyi ilə hədələyib...

Tezadlar.az bildirir ki, Putin Kremldə keçirdiyi KTMT sammitində belə deyib. Sitat: “Rusiyanın bu dövlətlərlə (Finlandiya və İsveçlə – red.) heç bir problemi yoxdur.
Bu mənada bu ölkələrin hesabına ekspansiyada Rusiyaya birbaşa təhlükə yoxdur. Amma bu ərazilərə hərbi infrastrukturun genişləndirilməsi, şübhəsiz ki, bizim cavab tədbirlərimizə səbəb olacaq. Və nə olacaq, o baxır yaranacaq təhlükələrə. Problemlər sıfırdan yaranır. Biz də buna uyğun cavab verəcəyik”.

Xatırladırıq ki, az əvvəl Putin bu iki ölkənin NATO-ya daxil olması məsələsinə qəzəblə yanaşmışdı. Və Putin hazırda bu ilin payızında keçiriləcək hərbi təlimlərə diqqət ayırmaqdadır. Bu təlimlərdə hansı hərbi güclər sınanılacaq, bu hələ sirr olaraq qalır...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA