booked.netbooked.net booked.net  

Zoran Milanoviç: “Bosniyadakı xorvatlar mənim üçün bütün Rusiya-Finlandiya sərhədindən daha vacibdir."

Xorvatiya prezidenti Zoran Milanoviç istəyir ki, Türkiyənin ardınca ölkəsi də Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün etdiyi müraciətlərə baxılması prosesini əngəlləsin.

Bu barədə “Evropeyskaya pravda” Xorvatiyanın N1 telekanalına istinadən məlumat yayıb.

 Milanoviç bu gün bildirib ki, o, Xorvatiyanın NATO-dakı daimi nümayəndəsi Mario Nobiloya Bosniya və Herseqovinanın seçki qanununa dəyişiklik edilənə qədər Finlandiya və İsveçin Alyansa qəbul edilməsinin əleyhinə səs verməyi tapşıracaq.

 Milanoviç Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə iki ölkənin NATO-ya daxil olmaq istəyini dəstəkləyib-dəstəkləməmək məsələsində kəskin mübahisədədir.

Ofisində keçirdiyi mətbuat konfransında Milanovic Bosniyadakı xorvatların bir siyasi varlıq olaraq məhv edildiyini bildirib və əlavə edib ki, Xorvatiyanın ölkədəki mövqeyini yaxşılaşdırmaq onun milli maraqlarına uyğundur.

 Lakin Xorvatiya Xarici İşlər Nazirliyi ötən həftə səfir Mario Nobilonun prezidentin deyil, nazirliyin göstərişlərinə əməl edəcəyini bildirib.

"Məni ittiham edirlərsə, hazıram. Artıq demişəm ki, Bosniyadakı xorvatlar mənim üçün bütün Rusiya-Finlandiya sərhədindən daha vacibdir", - deyə Milanoviç vurğulayıb.

 Milanoviç Xorvatiyanın sazişi ratifikasiya etməkdən imtina etməsini beynəlxalq diqqəti Xorvatiyanın Bosniyadakı maraqlarına yönəldəcəyinə əmin olduğunu bildirib və bunun həmin ölkədəki xorvatların problemini həll etməyin yeganə yolu olduğunu bəyan edib.

Xorvatiyanın mövqeyinin əksinə olduğunu və ölkənin öz maraqları üçün mübarizə aparmadığını qeyd edən Milanovic Türkiyəni nümunə göstərərək bildirib ki, "Türkiyə istədiyinə nail olana qədər qətiyyən yerindən tərpənməyəcək".

Xatırladaq ki, Finlandiya  və İsveç NATO üzvlüyünə  qəbul olunmaq istəyirlər. Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın və İsveçin NATO-ya üzlük məsələsinə toxunaraq bildirib ki, Skandinaviya ölkələri təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evləri kimidir və ona görə də bu məsələyə müsbət baxmırlar.

Bu açıqlamadan sonra isə İsveç və Finlandiya xarici işlər nazirləri Ann Linde və Pekka Haavisto  NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyə Prezidenti R.T.Ərdoğanı ziyarət etmək istəklərini dilə gətiriblər.

Məsələ ilə bağlı Ərdoğan yenidən açıqlama verib ki, "Ölkəmiz Şimali Atlantika Alyansı çərçivəsində üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirib. Eyni zamanda, fikrimizcə, NATO-ya üzvlük müraciətinə Türkiyə tərəfindən dəstək gözləmək və eyni zamanda terrorçulara yardım etmək, ən azı, qeyri-ardıcıllığın göstəricisidir".

Və beləliklə, bu məsələdə Türkiyə tərəfi terrorçuların  (PKK - YPG) Ankaraya təhvil verilməsini gözləyir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN