Suriya hakimiyyəti Ukrayna ərazilərində Rusiyanın nəzarətində olan “DXR” və “LXR” psevdorespublikalarının “müstəqilliyini” tanımaq qərarına gəlib.

“Bütün sahələrdə münasibətləri yaxşılaşdırmaq üçün ümumi iradə və istək əsasında Suriya Ərəb Respublikası Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının müstəqilliyini və suverenliyini tanımaq qərarına gəlib”.

Bu barədə SANA dövlət agentliyinin Suriya Xarici İşlər Nazirliyinə istinadən yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib.

 Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı, fevralın 24-də isə Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında  ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.

Və müharibə bu günədək davam edir...

JASMİN

 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA