"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Tezadlar.az xəbər verir ki, "atlılar" Çexiyada "Viktoriya"nın qonağı olacaq. Plzendə baş tutacaq matça saat 23:00-da start veriləcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb. "Qarabağ" mərhələ adlamaq üçün yalnız qələbə qazanmalıdır.

Ağdam təmsilçisi - kapitan Maksim Medvedev və kolumbiyalı müdafiəçi Kevin Medina zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərindən isə kapitan Lukaş Heyda cəzalı olduğu üçün görüşdə iştirak etməyəcək.

Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu 

 

 

23 avqust

23:00 Viktoriya (Plzen, Çexiya) - Qarabağ