"Təəssüf ki, gimnastika 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramından çıxarıldı".

Bunu gənclər və idman naziri, Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov EG-nin rəsmi saytındakı şəxsi bloqunda yazıb.

O, 2015-ci ildə Bakıda, 4 il sonra isə Belarusun paytaxtı Minskdə təşkil olunmuş analoji yarışda bu idman növü üzrə 6 hərəkətin proqrama salındığını xatırladıb: "Hamımız bilirik ki, gimnastika müxtəlif elementləri özündə birləşdirən ən populyar olimpiya idman növlərindən biridir. Ümid edirik ki, Avropa Olimpiya Komitələri və gələcək təşkilatçılar gimnastikanın daha orijinal və populyar olması üçün bu idman növünün Avropa Oyunlarının proqramına qaytarılması məsələsini nəzərdən keçirəcəklər".

Qeyd edək ki, III Avropa Oyunları gələn il 9 - 25 iyunda keçiriləcək.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA