Sentyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Kiyev "Dinamo"su səfərdə "Fənərbağça" ilə qarşılaşıb. Qarşılaşma Türkiyə yığmasının qələbəsi ilə yekunlaşıb.

"Ağ-göylər"in baş məşqçisi Mirça Luçesku Ukrayna klubunun məğlubiyyətini belə şərh edib: "Meydanda korrida var idi. Bilirsiniz, korrida nədir? Yaxşı olar ki, bu mətbuat konfransı keçirilməsin. Bir futbolçumuz xəstəxanadadır. Qapıçımızın dizindən zədə var. Digər oyunçuda zəhərlənmə var".

"Bu, futbol deyildi. Avropa səviyyəsində belə oynamırlar. "Fənərbaxça"nın çoxlu qayda pozuntuları var. Həm də simulyasiyalar. Çox aqressiv matçdır", - Luçesku mətbuat konfransında deyib.

Qeyd edək ki, Kiyev "Dinamo"su İstanbulda "Fənərbağça"ya 1:2 hesabı ilə uduzub. Türkiyə klubu qələbə qolunu əlavə vaxtda vurub. "Ağ-göylər"in tərkibində Viktor Tsqankov qol vurub.

Əlavə edək ki, bu məğlubiyyət "Dinamo" üçün "Fənərbaxça" ilə qarşıdurma tarixində ilk olub. Buna qədər komandalar 6 dəfə qarşılaşıb: 3 qələbə və 3 heç-heçə. Vurulan və buraxılan qollar arasındakı fərq hazırda 9:6 Kiyev klubunun xeyrinədir.

Xatırladaq ki, Avropa Liqasının növbəti turunda Luçeskunun yetirmələri sentyabrın 15-də Polşada Kiprin AEK klubu ilə qarşılaşacaq.

E.ŞİRİNOV

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA