booked.netbooked.net booked.net  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin

ikinci turunda Fransanın “Nant” komandası üzərində qazandığı inamlı qələbə ilə bağlı tviterdə paylaşım edib.

Paylaşımda deyilir: “Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, “Qarabağ”ın qollarını Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç vurublar. Hazırda Ağdam təmsilçisi 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN