Futbol üzrə Azərbaycan və Qırğızıstan gənclərindən ibarət komandaların (U21) yoldaşlıq oyunu ləğv edilib.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.

Məlumatda deyilir ki, bu gündən sentyabrın 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

"Belə ki, sentyabrın 24-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu baş tutmayacaq. Buna səbəb Qırğızıstan millisinin Azərbaycana səfər edə bilməməsidir.

U-21 sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq", - deyə məlumatda bildirilib.
 Qeyd edək ki, qırğız gənclərin bu oyunda iştirak etməmə - səfər edə bilməmə səbəbi açıqlanmayıb...

Xatırladaq ki, bu günlərdə Qırğızıstan və Tacikistan arasındakı sərhəddə münaqişə  baş verib. Hər iki tərəfdən ölən və yaralananlar var. Münaqişə zamanı həlak olan Qırğızıstan vətəndaşlarının sayı 46 nəfərə çatıb. 137 min Qırğızıstan vətəndaşı təxliyə edilib.

 Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Batken vilayətində fövqəladə vəziyyət rejimi elan edib. Ölkədə bu gün matəm elan edilib.

 

Y.MƏMMƏDLİ

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA