Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının beynəlxalq əlaqələri getdikcə artmaqdadır... 

Bu günlərdə Qətərin paytaxtı Doha dünya futbolsevərlərinin səbirsizliklə gözlədikləri Dünya Çempionatı–2022 üçün hazırlıq işlərini başa çatdırır. Çempionatın start fitinin çalınmasına sayılı günlər qaldığı bir vaxtda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov və qurumun birinci vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqı – AİPS Avropa İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə Qətərdədirlər. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov "Təzadlar"a bildirdi ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin İdman Mətbuatı Komitəsinin üzvü, AİPS Asiyanın vitse-prezidenti Mubarak Mohammad Al Boaninin ilə görüşərək Dünya Çempionatı ilə bağlı bir sıra məsələlər, həmçinin AİJA ilə Qətər İdman Mətbuatı Komitəsi arasında (QİMK) gələcək birgə əməkdaşlığın möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparıblar. E.İsmayılov əlavə etdi ki, onlar görüş barədə, həmçinin müzakirə edilən məsələlər haqqında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) bu il oktyabrın 3-dən 6-dək İtaliyanın paytaxtı Romada baş tutan 84-cü Konqresi zamanı razılığa gəlmişlər. AİJA rəhbərləri həmkarlarının köməyi ilə Dohanın yeni yaradılan stadionları, idman sarayları, digər infrastrukturları ilə yaxından tanış olublar. Çempionatın geniş işıqlandırılmasına cəlb olunan media nümayəndələri üçün müasir mətbuat mərkəzlərinin təşkilinə də xüsusi diqqət yetirilib. Media nümayəndələrinin akkreditəsində hər zaman və hər yerdə olduğu kimi, AİPS vəsiqələri daşıyan peşəkarlara üstünlük verildiyi bildirilib. Akkreditasiya neçə ay əvvəl nəzərdə tutulan kvotaya uyğun başa çatıb. Buna baxmayaraq AİJA rəhbərləri Azərbaycanın bir sıra tanınmış və gənc jurnalistlərinin çempionatı işıqlandırmalarına hansısa real şəraitin yaradılması imkanlarını da götür-qoy ediblər.

E.İsmayılov Dohaya səfərdən razı olduqlarını və belə beynəlxalq əlaqələrin davamlı olduğunu bildirib.

"Təzadlar" olaraq Azərbaycanın belə bir mötəbər tədbirdə təmsil olunmasını alqışlayır və AİJA rəhbərliyinə uğurlar arzulayırıq.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA