PSJ-nin argentinalı hücumçusu Lionel Messi gələcəyini Paris komandası ilə bağlamaq istəyib.

Bu barədə Bitbol qəzeti jurnalist Qaston Edula istinadən xəbər verir.

Jurnalist futbolçunun PSJ ilə 2024-cü ilin iyununa qədər yeni müqavilə imzalamaq istədiyini, klubun isə 2025-ci ilin iyununa qədər daha uzun müqavilə imzalamaqda israrlı olduğunu bildirib. Eyni zamanda, Messi Major League Soccer (MLS) klublarından gələn təklifləri ciddi qəbul etmir.

Yanvarın 12-də Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun argentinalıya ildə ən azı 300 milyon dollar maaşla müqavilə təklif etməyə hazır olduğu məlum olub. Bu məbləğin böyük hissəsini dövlətin futbolçuya ödəyəcəyi qeyd edilir.

Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Bundan əvvəl o, bütün karyerasını on dəfə İspaniya çempionu və dörd dəfə Çempionlar Liqasının qalibi olduğu "Barselona"da oynayıb. Hücumçunun Fransa klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına kimi bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA