booked.netbooked.net booked.net  

 

Fevralın 26-da Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Sərhədçi kuboku” uğrunda cüdo üzrə 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında yarış keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Təzadlar"a verilən məlumata görə, tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. 

Xatırladaq ki, çıxış edənlər tərəfindən Dövlətimizin başçısı cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğısı xüsusi vurğulanmış, gənc idmançılarımızın belə yarışlarda təcrübə toplayaraq gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklərinə əminlik ifadə olunmuşdur.  Turnirdə 44 klub, cəmiyyət və idman təşkilatından olan 248 cüdoçu medallar uğrunda mübarizə aparmış, 10 çəki dərəcəsində qaliblər müəyyən edilmişdir. 

 Sonda mükafatlandırma mərasimi keçirilmiş və qalib idmançılarla xatirə fotoşəkilləri çəkdirilmişdir.

6-1

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN