Minifutbol millimiz  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində ilk qələbəsini qazanaraq azrkeşlərini sevindiriblər.

Yığmamız A qrupundakı ikinci oyununda İtaliya millisi ilə üz-üzə gəlib və millimizin əzmkar mübarizəsi rəqibinə 2:0 hesabı ilə qalib gəlməsi ilə nəticələnib.

Qolları oyunun 26-cı dəqiqəsində millinin oyunçuları Rəvan Kərimov, 46-cı dəqiqədə Mirmehdi Rzayev vurublar.

Xatırladaq ki, millimiz ilk turda Çexiya ilə qolsuz heç-heçə edib. Lakin 2:0 hesablı qələbə qazanan yığmamız xallarını 4-ə çatdıraraq qrup lideri olub.

JASMİN