Yaxın qonşumuz Gürcüstanda koronanın meydan oxuması təəssüf hissi doğurur.

Bir vaxtlar korona ilə mübarizədə müsbət nəticələri olan Gürcüstan artıq COVİD-19-da təslim olmaqdadır. Ölkədə ictimai nəqliyyatın dayandırılmasının üstündən, futbol üzrə Gürcüstan çempionatı dayandırılır. Federasiyanın rəsmi saytı yazır ki, buna səbəb ölkədə koronavirusla bağlı epidemioloji vəziyyətin kəskin pisləşməsidir. Avqustun 14-dən federasiyanın bayrağı altında keçirilən bütün futbol yarışlarında müvəqqəti fasilə yaranacaq. Liqaların sentyabrın 4-də yenidən bərpa olunacağı ehtimal edilir.

Təbii ki, Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır və onların da bu sərtləşmədən ziyan çəkəcəyi istisna deyil.

A.Məmmədli