Ötən gün "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Tezadlar.az CBC- idman- a istinadla xəbər verir ki, ağdamlıllar Portuqaliyada "Braqa"nın qonağı olub.  Komanda  görüşün favoriti sayılan prineylilərə şok yaşadıb. Tarixində ilk dəfə UEFA Avropa Liqasının 1/16 mərhələsinə yüksələn Azərbaycan təmsilçisi Portuqaliyadan 4:2 hesablı qələbə ilə dönüb.

Stadion: Braqa, "Estadio Municipal de Braga".

Qollar: Marko Yankoviç (P) 21, Simon Banza 44, Abdullah Zubir 54, Olavio Juninyo 65, Abdullah Zubir 69, Joau Moutinyu (P) 90+1.

Komandamızın gücünə və peşəkarlığına, eləcə də oyun taktikasına arxalanaraq inanırıq ki, daha böyük qələbələrlə azarkeşlərini sevindirəcək.