Xalqımız 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində tarixi qələbənin – möhtəşəm Zəfərin birinci ildönümünü bayram edir. Bildiyimiz kimi, ölkəmizin daim coşqulu olan ictimai-siyasi həyatı əlamətdar günlərdə daha da zənginləşir. Belə tədbirlərdə biri də noyabrın 9-da Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə gerçəkləşdi.

“Qürurla irəli” şüarı ilə müzəffər Azərbaycan ordusunun qazandığı tarixi zəfərə həsr olunan qaçış marafonuna MƏQAM MEDİA GROUP-un rəhbərliyi də dəvətli idi. Adı çəkilən qurum təsisçi  Qorxmaz Heydərov və İdarə Heyətinin sədri Cavid Əlizadə ilə təmsil olunurdu.  Dənizkənarı Milli Parkın ərazisindəki Elektra-hall-ın qarşısında saat 12-də start verilən 5 km qaçış müvəffəqiyyətlə yekunlaşıb. Xeyriyyə marafonu çərçivəsində “Yaşat” Fonduna ianələr edilib. MƏQAM MEDİA GROUP-un İdarə Heyətinin sədri Cavid Əlizadə tədbirlə bağlı təəssüratlarını bölüşüb: “Tarixi Zəfərimizin ildönümü ilə əlaqədar çox qürurluyuq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqımıza və Azərbaycanın dostlarına təbriklərimi, xoş arzularımı çatdırıram! 5 km məsafəni uğurla qət elədik. Təsisçimiz Qorxmaz bəy də mənə dəstək üçün gəlmişdi. Yüksək səviyyədə təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə minnətdarlığımızı bildiririk!”      

Qurban Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA