“Sabah”da koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Bu barədə paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, komandada 6 nəfərin testi pozitiv çıxıb. Onlardan 5-i məşqçi, 1-i isə futbolçudur. Komandanın məşqçiləri Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyev koronavirusa yoluxduğu üçün karantinə alınıb. Onlardan bəziləri ötən həftə bu virusa yoluxduğu bəlli olub.

Hazırda məşqçilər korpusunda yalnız Vladimir Şeludko və baş məşqçi Murad Musayev sağlamdır. Onların testi neqativ çıxdığından, növbəti matçda texniki zonadakı yerlərini ala biləcəklər.

Bakı təmsilçisində testi pozitiv çıxan futbolçu isə Mixeil Erqemlidzedir. Karantinə alınan gürcüstanlı hücumçunun qarşıdakı iki turu buraxacağı dəqiqdir.

Qeyd edək ki, “Sabah” Premyer Liqanın XII turunda noyabrın 27-də “Keşlə” ilə qarşılaşacaq.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA