booked.netbooked.net booked.net  

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Qitə çempionatının 8-ci oyun gününə start verilib.

E qrupunda II turun ilk matçı Sankt-Peterburqda keçirilib. İlk görüşündə İspaniya ilə qolsuz heç-heçə edən İsveç yığması Slovakiyanı sınağa çəkib.

I turda Polşa üzərində gözlənilməz qələbə qazanan slovakiyalılar bu matça qələbə qazanaraq 1/8 finala yüksəlmək arzusu ilə çıxıb. Ştefan Tarkoviçin yetirmələri topa daha çox nəzarət etsə də, skandinaviyalıların azsaylı hücumları daha yaddaqalan olub. Yanne Andersonun komandası 77-ci dəqiqədə hesabı açıb. Emil Forsberq isveçlilərin AVRO-2020-dəki ilk qoluna imza ataraq komandasına qələbə qazandırıb.

Qeyd edək ki, tura iyunun 19-da yekun vurulacaq. Turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.

AVRO-2020
II tur, 18 iyun
E qrupu
17:00. İsveç - Slovakiya - 1:0
Qol:
 Emil Forsberq, 77 (pen.)
Baş hakim: Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN