İdman psixoloqu: buna ehtiyac zəruridir, çünki...

...Oyunçular meydançanı məyus çıxdılar. Baş məşqçilər bir-birinin əlini sıx­dılar və ayrıldılar...

Televizoru söndürdüm. Xəyalım çox uzaq illərə uçdu, nə az, nə çox 1958-ci ilə. Brazilya Milli futbol komandasının ilk dəfə Dünya çempionu ol­duğu zaman kəsiyinə. Millinin oyunçularını xatırladım: Qapıda Jilmar dayanmışdı. Mü­dafiəni “ələ alan” C.Santosdu. Hücumun lideri Qarinça və Zaqalo idi. Digərləri Di­di və Vava, Pepe və Pele. O vaxt Pele özünü göstərə bilməmişdi. İkinci dəfə: 1962-ci il Dünya çempionu çıxanda Peleləşdi!

Məşqçiləri zabitəli Fealo, psixoloqları Qassilq. Diqqət etsək, sual doğur: Dün­ya şöhrətli məşqçi və dünyanın qibtə edəcəyi Qarinçası, Didisi, Santosu, Pelesi (unut­duqlarım da var) oynayan Milliyə psixoloqun nə ehtiyacı? Zahirən razılaş­ma­ğa dəyər, psixoloq ki oynamır! Daxilən isə yox! Unutmayaq ki, insan, o cümlədən idmançı ovqatı dəyişkəndir, nisbidir, çünki rə­qibi öz əhvalını, iradəsini təlqin edir, zəif yerini axtarır, tapırmı? Bu, onun rə­qi­bindən asılıdır. Söhbət təkbətək mübarizədən gedir. Bəs kollektiv komandada və­ziyyət necə olur? Baş məşqçi və onun köməkçiləri oyunçuların fiziki və taktiki ha­zır­lığını əsas diqqətdə saxlayır. Və çalışırlar ki, zədə alan futbolçu olmasın. Bəs “gö­rünməyən” zədələnən oyunçu ilə maraqlanan kimdir, məşqçimi? Suala cavab ver­məkdə çətinlik çəkirəm. Axı, məşqçi idmançıdır, deyək ki, futbol sahəsində pe­şə­kardır, adlı – sanlıdır və ilaxır təqdir olunan şəxsiyyətdir, lakin nə psixoloqdur, nə pe­daqoqdur. Amma ali təhsil almışsa (deyək ki, idman təmayüllü  təhsil oca­ğın­da) auditoriyada “İdman psixologiyası”ndan mühazirələri dinləmiş, hazırlaşmış və im­ta­han vermişdir. Mən o vaxt “Bədən tərbiyəsi İnstitutunda 1977-1978-1979-cu illərdə “Pe­daqogika” fənnindən dərs aparmışam, imtahan qəbul etmişəm (rektor mər­hum pro­fessor Rafiq Rəcəbov idi). Yadımdadır, “Neftçi”nin hücumçusu Asif Əli­yev tə­lə­bəm idi. Bir sualım o oldu ki, idman psixologiyasının şəxsən sənə kö­mə­yi varmı?

– Əlbəttə, müəllim, – dedi. – Çox faydalı fəndir. Müəllimimiz dosent Akif Əli­yev və Tomas İsmayılovdur. (Akif müəllimə can sağlığı diləyirəm, Tomas İs­ma­yılova Allahdan rəhmət). – Komandada psixoloqunuz işləyirmi? – Bilmədiyim faktı dəqiqləşdirmək istədim, “yoxdur” cavabından təəssüfləndim...

Bu məsələni yada salmaqda məqsədim odur, futbol komandasında psixolo­qun olması qırx ildən artıqdır məni düşündürür, narahat edir. Bəs, nə üçün bu ko­man­daya milyonlar xərcləndiyi halda, komandaya köməyi dəyməyən futbolçular “ştat”da oturduqları təqdirdə, bir psixoloq olmasın! Mən psixoloq problemini yal­nız futbola şamil etməzdim: güləşçilərimizə, boksçularımıza digər təkbətək döyüş­ç­ülə­ri­mizə də aid edərdim. Diqqət etmişəm: güləşçilərimiz və boksçularımız rin­qə qey­ri – əhvalla çıxırlar, bunu onların üz cizgilərindən, gözlərindən, tərpəniş­lərin­dən sezirik və üçüncü – son raundda əldən düşüb uduzurlar. Məğlubiyyətdən əv­vəl psi­xoloq lazımi şeyləri aydınlaşdıracaq, dəyərli məsləhətlərini əsirgəm­əyə­cək, la­zım­sa məşqçisilə işləyəcəkdir. Başa düşmürəm, indi SSRİ rejimi ki yoxdur, müs­tə­qil­lik, bəs nə üçün gözləməliyik, yuxarı – beynəlxalq rəsmilər idmanda hansı ye­niliklər edəcəklər, biz də o yolla gedək. Lazımsız prinsipdir. Uzağa getməyək. So­vet dönəmində ermənilər və gürcülər rus şovinizminə sığınıb azərbaycanlı i­ste­dad­lı idmançıların yolunu bağlamışdılar, elə “beşikdə” boğmuşdular, yalnız föv­qə­la­də güləşçilərimiz, boksçularımız, rapiraçılarımız və s. Avropa, Dünya və SSRİ çempionu tituluna yiyələnirdilər. Bu gün tamamilə unudulmuş, üç dəfə Dünya çempionu Məhəddin Allahverdiyev (güləş), SSRİ çempionu Karolina Mirzəyeva (qı­lınc oynadan), Şirxan Ağayev (ağırlıq qaldıran, Dünya rekordçusu), Yuri Kono­va­lov və Ziba Ələsgərova (qaçış), habelə, 50-60-cı illərdə Azərbaycan güləşçiləri Ok­ti­yar Məmmədbəyov, Məmmədyarov, Ehsan Kərimov, Muxtar Dadaşov, Sarı Əh­mə­dov, Sabir Hüseynov, Aydın İbrahimov, Mustafa Orucov, Göyüş Məm­mə­dov artıq “yox­lar” sırasındadırlar. Erməni güləşçisi Armais Sayadov Dünya çem­pio­nu çıxdı. Dərhal – az sonra SSRİ çempionu titulu ilə Aydın İbrahimov Dünya çem­pionu oldu, qürurlandırdı millətini. Mən sadaladığım idmançıların əksərini xal­ça üzərində rəqiblərlə savaşının şahidiyəm, o vaxt tələbəydim. Sinif yoldaşım (Pe­da­qoji İns­ti­tut­da təhsil alırdıq), kürdəmirli Telman Əliyev (Allah rəhmət eləsin, qə­za­da həlak ol­du), “Məhsul” Kənd İdman Cəmiyyəti üzrə SSRİ çempionu çıxdı və haq­qında oçerk yazıb çap etdirdim.

Ötən əsrin 60-cı illərin ilkində Karolina Mirzəyeva (anası tramvay sürücüsü idi) qılınc oynatma üzrə SSRİ-də birinci oldu: fəxr duydu xalq, sadə ailədə gənc bir qız çempiondur, o vaxt bu, böyük uğur sayılırdı! Eləcə də gənc Şirxan Ağayev dün­­­ya rekordu qazandı. Eləcə də, Ziba Ələsgərova, Yuri Konavalov və başqaları da!

Əfsanəvi güləşçimiz Rəşid Yusifov otuzuncu illərdən dünya sirk meydança­la­rını qeyri – adi gücüylə fəth etmişdir. Hanı bahadır haqqında sənədli filmimiz? Televiziyada ötəri epizod göstərirlər – vəssalam. Yeri gəlmişkən iradımı bildirmək istərdim. Bu gün televiziyada xüsusi “SBS sport” kanalı və “İdman” verilişi sırf id­man­la bağlıdır. Hər iki kanalın fəaliyyəti müasir idman auditoriyası və azarkeşlərin səviy­yəsindən aşağıdır. Aparıcılar fon yaradırlar: mövcud problemlərin “içini”, ya­ranma səbəblərini açmaq əvəzinə saatlarla xarici futbolu təhlil edir, hətta eks­pert dəvət edirlər. Ümumi informasiya ötürmək lazımdır, daha saatlarla faktları “çey­nəmək” məqsədi daşımamalıdır. Paradoksdur: dünyanın ən qabaqcıl koman­da­la­rı­nın və futbolçularının oyununu təhlil etmək, araşdırmaq onlar üçün (nə görür­lər, nə də eşidirlər) əsla maraqlı deyil. Unutmayaq ki, televiziyanın hər dəqiqəsi qo­narar hesabına başa gəlir, puldur! Mən futbol reportajı aparıcılarına ciddi iradımı çat­dırmağı da məqsədəuyğun hesab edirəm.

Uşaqlığımdan (1948-ci ildən) evimizdə “Rodina” radiosu olmuşdur. “Neft­çi” 50-ci illərə “b” qrupunda oynayanda reportajı rus dilində Qnezdov soyadlı köh­nə qapıçı aparırdı, Moskvadan isə Sinyavski oyunun gedişini çatdırırdı. Onun və­fa­tından sonra N.Ozerov və Q.Maxaradze bu missiyanı görürdü. Məqsədim başqadır: Bi­zim reportajçılarımızn qeyri–peşəkarlığı (Rövşən Binnətlini istisna edərdim. O, operativ və­ziyyətin fəlsəfəsini təhkiyə ilə çatdırır). Əvvələn, aparıcının səsi önəm daş­ımalı­dır, həyəcanlı tembrliyilə seçilməlidir – xasdır. İkincisi, dinləyiciylə, ekran tamaşa­çı­sının əsəblərilə oynamamalıdır. Gülməlisi odur – qapıdan top keçəndə elə əcayib­cə­si­lə qışqırırlar – otaqda oyuncağı ilə əylənən uşaq qorxusundan atasının qu­cağı­na atılır, oyuncağını unudur. Təəccüblü odur ki, xarici komanda, hətta bizim Mil­­li­mi­zə qol vuran futbolçunun zərbəsinə də həmin qışqırtı ilə “cavab” verirlər, se­v­in­ci­ni ifadə edirlər, reportaj aparan şəxs komandalara qarşı neytral olmalıdır və hiss­lərini ek­randa bildirməməlidir...

Çox uzaq keçmişimizdən olmayan Valid Sənani, Zabutay Quliyev, Çingiz İs­mayılov (qapıçı) peşəkarlıqla hələ də xatırlanırlar. Güman edirəm telekanalların idman rəhbərləri bu barədə düşünəcəklər...

Əvvəlki fikrimə qayıdıram: idmanın həm fərdi, həm də kollektiv növləri möv­­cuddur və qələbə mexanizmini “işlətməyin” vasitə və yolları da vardır. Məşqçi nə­­zə­ri məsləhətlərilə “silahlandırıb” yaşıl meydançaya yola salır. Oyunçu 5-10 metr­dən boş qapıya qol vura bilmirsə... məşqçinin nə günahı?! Amma komandanın ümu­­mi hazırlığına cavabdehlik daşıyır. Lakin necə deyərlər, məşqçini mübarizəyə ha­­zırlıq dəqiqələrində, saatlarında tək qoymaq insafdan deyil, ona ən yaxın həmkar psi­xoloq olmalıdır, hətta oyundan qabaq oyunun gedişində əsəblərilə bacarmayan baş məşqçinin özünün də psixoloqa ehtiyacı vardır. Xaricdəki məşqçilərin çılğın­lı­ğı, əl – qol atması, “dərdindən” ora – bura yüyürməsi və s. “xəstəlik” bizim yerli baş məşqçilərə də keçmişdir, “sarı” vərəqə ilə mükafatlandırılır! Bu əhvala ehtiyac yox­­dursa, ümumiyyətlə, psixoloqa ciddi ehtiyac vardır.

Allahverdi Eminov,

yazıçı-jurnalist

 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA