booked.netbooked.net booked.net  

Azərbaycan Universal Döyüş Federasiyasının Prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

O, bu vəzifədə bu idman növünün vəfat etmiş qurucusu, olimpiya çempionu Sergey Novikovu əvəz edib.

BAKI, 18 iyun - Sputnik. Azərbaycan Universal Döyüş Federasiyasının rəhbəri Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçildi.Bu barədə Sputnik Azərbaycana açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.

Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə o, beynəlxalq federasiyanın keçmiş prezidenti, universal döyüş idman idman növünün  qurucusu, Cüdo üzrə  Olimpiya çempionu və Moskva vilayətinin cüdo federasiyasına rəhbərlik etmiş Sergey Novikovun ölümündən iki ay sonra keçirildi.

Qeyd edək ki, universal döyüş, maneələri dəf etməyi, bıçaq atmağı, odlu silah işlədilməsi və əlbəyaxa döyüşü əhatə edən kompleks bir idman növüdür.

Beynəlxalq Federasiyanın yeni seçilmiş rəhbəri İdman Nazirliyinin mətbuat xidmətinə verdiyi müsahibədə bunun Azərbaycan idmanı üçün tarixi bir hadisə olduğunu qeyd edib.

"Beynəlxalq federasiya prezidentinin seçkiləri iyunun 15-də, Azərbaycanda Milli Qurtuluş gününün qeyd olunduğu gün baş tutdu. Seçkilərdə qazandığım qələbənin Azərbaycan üçün belə əlamətdar bir tarixə təsadüf etməsindən qürur duyuram" .

Beynəlxalq Universal Döyüş Federasiyasının digər rəhbər orqanlarına seçkilərin bu ilin iyul ayında keçiriləcək. Azər Həsənov növbəti beş il ərzində beynəlxalq quruma rəhbərlik edəcəkdir.

 Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN