Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin 9-cu turunun oyunları keçirilib.

Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son turda ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Qara fiqurlarla mübarizə aparan şahmatçımızın qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov turnirdə 3,5 xal toplayıb. Belə ki, qrossmeysterimiz əvvəlki turlarda Yan Nepomnyaşiyə (FIDE) qalib gəlib, ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Leyner Domingesə uduzub, macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Daniel-Deak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Dairəvi sistem üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA