booked.netbooked.net booked.net  

Adil Minbaşı: «Donald Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə Qərarını qanunun və ədalətin bərpasına xidmət edəcək hüquqi Akt kimi dəyərləndirirəm…»
«Təzadlar»ın suallarını tanınmış hüquqşünas, ictimai xadim Adil Minbaşı cavablandırır:
- Adil müəllim, bu gunlərdə dünyanın bütün siyasətcilərini çaş-baş salan hadisə baş verdi, gözlənilmədən ABŞ prezidenti Donald Tramp hərbi qüvvələrin Suriyadan çıxarılması barədə qərar verdi və bunun icrasına başlanıldı. D.Tramp bunun səbəbini Suriyada terrorçu qruplaşmaların artıq məğlub edilməsi ilə izahladı. Dogrudanmı artiq Suriyada terrorla mübarizə başa catib və Sizcə, ABŞ qüvvələrinin Suriyadan çıxarılması vəziyyətin nizmlanmasına və regionda sülhün bərpa olunmasına gətirib çıxaracaq?
- Əminliklə demək olar ki, belə bir hadisənin baş verəcəyini dünyanın hec bir dövlət başcısı və uzaqgörən hec bir siyasətçisi güman etmirdi və indiki vəziyyət üçün proqnozlaşdırılmırdı. Bildiyiniz kimi, Türkiyə prezidenti cənab R.T.Ərdoğanla telefon danışığından dərhal sonra ABŞ prezidenti D.Tramp aidiyyəti və səlahiyyətli qurunlarla müzakirə etmədən, hərbi qüvvələrin Suriyadan çıxarılması barədə qərarı səlahiyyətlərindən istifadə edərək təkbaşına vermişdi. Bu mənada nəinki dünya siyasətçilərini, hətta ABŞ dövlət yetkililərini də çaşqın vəziyyətə salmışdır və bu çaşqınlıq daxili gərginliklərə səbəb olmaqla hələ də davam etməkdədir. ABŞ qüvvələrinin Suriyadan şıxarılmasının vəziyyətə necə təsir edəcəyi çox faktorlardan; ABŞ prezidenti D.Trampa qarşı olan və “dərin dövlət”i idarə edən qüvvələrin planlarından, hadisələrin inkişafında fərqli maraqları olan dövlətlərin addımlarından və fitnələrindən, xüsusilə Suriyada məsələlərin həllində real aparıcı güc olan Türkiyə və Rusiyanın bu qərarın icrasını necə yönəltmələrindən asılıdır və bunlar ayrıca müzakirə predmetidir. Hələlik Sizin soruşduğunuz mənada bu qərarın Suriyada sülhün bərpa olunmasına nə dərəcədə təsir edəcəyi barədə birmənalı cavab vermək doğru olmaz.
Ancaq ortada real bir hüqiqi Akt var- Dünyanın hegemon dövləti olan ABŞ münaqişə bölgəsindən hərbi qüvvələrinin cıxarılması barədə Qərar vermişdir! Bu Qərar hüquqi baxımdan dogru və ədalətlidir!
- Hansı kriteriyalara görə?
-Xatırlayırsınızsa, ABŞ Suriyaya hərbi qüvvə yeritməsini “əsaslandırmaq” üçün “İslam Dövləti” və terrorizmlə mübarizə adı altında 2014-cü ildə Brüssüldə, səhv etmirəmsə, 60 dövlətin iştrakı ilə koalisiya yaratdı və həmin koalisiyaya rəhbərlik edən dövlət kimi Suriyaya hərbi qüvvələri yeritdi. Bu Beynəlxalq hüququn təməl prensiplərinin, Suriyanın dövlət suverenliyinin pozulması demək idi. Bu barədə nə Suriya dövlətinin razılığı, nə də BMT-nin qərarı var idi. Bu, məsələnin hüquqi tərəfidir. Ədalətlilik tərəfini geniş izah etməyə ehtiyac yoxdur. ABŞ-ın hərbi güc yeritdiyi ərəb ölkələrinin necə pis günə qaldığını isə sadalamaqla bitməz. Liviyalılar indiki ilə müqayisədə “diktator” Kaddafinin dövrundə “cənnətdə” yaşadıqlarını etiraf edirlər. Hər hansı dövlət başçısının avtoritar və ya totalitar idarəçiliyi nəticəsində müəyyən hüquqlar pozulurdusa, insanlar bu və ya digər mərhumiyyətlərə məruz qalmışdısa, indi minlərlə insanlar qırılıb, kəndlər-şəhərlər dağıdılıb, milyonlarla insanlar dunyanın müxtəlif ölkələrində səfil kökündə yaşamağa məcbur olub. Bu müdaxilələrin ağır nəticələrini təkcə həmin ölkələrin insanları deyil, bütün bəşəriyyət görür və həlli yolu da görünmür, tapılmır! Gələcəkdə hansı dinamika ilə inkişaf edəcəyini indidən deyə bilmirəm, faktiki olaraq hazırkı halda Donald Trampın ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə Qərarını mən qanunun və ədalətin bərpasına xidmət edəcək hüquqi Akt kimi dəyərləndirirəm. Belə bir addım dünyanı fəlakətə sürükləyən mənfur “Orta Doğu” proyektinin fədai icraçısı Kiçik Buş hakimiyyətdən getdikdən dərhal sonra Barak Obama tərəfindən atılmalı idi. Gec də olsa indi atılıb və mən şəxsən belə hesab edirəm ki, dünyan bütün mütərəqqi qüvvələri, ən azından mənafeləri bilavasitə bağlı olan ərəb ölkələri və islam dünyası bu qərarı təqdir etməli, alqışlamalı və onun müsbət yöndə istiqamətləndirilməsini nail olmaq üçün Donald Trampın mövqeyini müdafiə etməlidir.
-Sadə oxucu düşünə bilər ki, dünyanin ən böyük, ən güclü dövlətinin prezidentindən qüdrətli kim var ki, onun da bizim müdafiəmizə ehtiyacı olsun. Ancaq mən Sizin bu mövzuya yaxın əvvəlki müsahibələrinizlə tanışam, tam mətni yadımda qalmasa da, Barak Obomaya müraciətinizində də Amerikanın Yaxın və Orta şərqdə apardığı siyasətinin yanlışlığı, onun ağir nəticələrinin Amerkanın özü ücün də təhlükəli olduğunu qeyd edirdisiniz və səhv etmirəmsə, bu siyasətin yeridilməsində təqsirkar olan şəxslərin məsuliyyətə cəlb olunması məsələsini irəli sürmüşdünüz. Bunlar kimlərdir, yuxarıda da qeyd etdiyiniz, D.Trampa bu məsələdə müqavimət göstərə biləcək qüvvələrin məqsədi, marağı nədir?
ABŞ Prezidenti niyə Suriya probleminin həllində Türkiyəyə etibar etdi?
- Amerikada bir qrup güclü – hərbi sənayeni, yanacaq resurslarını, bank-maaliyyə sistemini öz əlində cəmləşdirib idarə edən oliqarxlar var ki, onlar siyasi elita ilə ittifaqa girərək ABŞ-ın dövlət siyasətinə təsir etmək gücündədirlər. Yaxın və Orta Şərqin olduqca zəngin- dünyanın neft ehtiyatının təxminən ücdə birindən, təbii qaz ehtiyatlarının ücdə ikisindən çoxunu təşkil edən sərvətlərinə rəqibsiz sahib olmağı hədəfləyən bir proekt mövcuddur. Hər bir dövlətin belə iqtisadi maraqlarının və planlarının olmasında qeyri-adi bir şey yoxdur. Məsələ ondadır ki, Amerika dövləti əvvəllər bu proqramları daha sivil yollarla reallaşdırmağa üstünlük verirdi. Bunun üçün qarşı dövlətlə əvvəlcə mədəni əlaqələr qurulurdu, humanitar, maddi və mədəni yardımlar göstərilirdi, rəqib ola biləcək dövlətlərdən fərqli olaraq Amerika dövlətinə sevgi, hüsn-rəğbət aşılanır, siyasi əlaqələr möhkəmləndirilirdi, bundan sonra isə iqtisadi mexanizmlərlə istənilən nəticə əldə olunurdu. Uzun müddət də bu qruma Rokfellerlər ailəsinin bir numayəndəsi, səhv etmirəmsə, Devid Rokfeller rəhbərlik etmişdi, onun dövrundə də ABŞ xarici dövlətlərdə çox böyük iqtisadi uğurlar əldə etmişdi. Böyük Corc Buşun vaxtında heç bir izafi vaxt və vəsait sərf etmədən nəyin bahasına olur-olsun, zaman-zaman adı və məramı dəyişilən və qısaca olaraq “Orta Doğu Projesi” deyilən bu proqramı hərbi güclə həyata keçirmək məqsədi irəli sürüldü. Butgün tətbiq olunan bu hərb yolu ABŞ dövlətinin demokratik imicinə, onun dünyadakı nüfuzuna xələl gətirsə də, hətta dövlət üçün fiziki, maddi, iqtisadi itkilərə səbəb olsa da həmin qrup üçün butün hallarda böyük qazanc gətirir. Ona gorə də onlar mövcud vəziyyətin saxlanılmasında və davam etdirilməsində maraqlıdırlar. Xatırlayırsınızsa, Donald Tramp hələ seşki öncəsi platformasında da belə silahlı müdaxilələrədən imtina edib bütün resursları Amerika dövlətinin guclənməsinə və xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldəcəyini vəd etmişdi. Buna görə də dediyimiz oliqarx qrup Trampa qarşı bütün vasitələrdən istifadə etməklə mübarizə aparir, onu nüfuzdan salmağa, impiçment yolu ilə seçki müddəti başa çatmadan hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. D.Trampın öz mövqeyini qoruyub saxlaya bilməsi və ya B.Oboma kimi həmin qüvvələrin iradəsinə tabe olub müddətini başa vurması ümumilikdə vəziyyətə və eləcə də haqqında söhbət etdiyimiz qərarının nəticələrinə çox ciddi təsir edəcək amildir. Bu mənada onun da müdafiəyə ehtiyacı olduğunu düşünürəm.
ABŞ Prezidenti niyə Suriya probleminin həllində Türkiyəyə etibar etdi?
- Adil müəllim, axı bu “Orta Doğu projesi” dediyimiz proqramın kökü Buş ailəsinin hakimiyyətə gəlməsindən çox əvvələrə gedir. Bunun terorcular və “islam Dövləti” ilə əlaqəsi haradan yaranır?
- Məsələ də elə ondadır ki, “Orta Doğu Projesi” dediyimiz proqramın tarixi çox əvvəllərdən, 19-cu əsrin sonlarından başlayır. O zman bu ərəb ölkələri Osmanlı tabeçiliyində idi. Onda nə bu “İslam Dövləti”, nə də bu terrorcular vardı, ancaq 22 dövlətin ərazilərini parcalamaq planı var idi. Məsələ proyektin özündən də vacib onu necə reallaşdırmaq üsulundan başlayır. Ona görə də ölkələri öz içərisindən vurmaq üçün əvvəlcə terorçu qruplar yaradılır, sonra da terrorçularla mübarizə aparmaq üçün ölkə ərazisinə qoşun yeritmək üçün bəhanə yaranir. Müharibələrin ağır nəticələrindən də zülm çəkmiş insanlar qisasçılıq hissi ilə fərqinə varmadan kor-koranə bu terror təşkilatlarına qoşulur və bundan sonra hadisələr həndəsi silsilə ilə dəyişir, böyüyüb “İslam Dövlətinə”… və bütün dünyanın, kim bilir bəlkə elə Amerikanın özünün də başına böyük bəlaya çevrilir.
- Bayaq suallara cavab verərkən dediniz ki, ABŞ hərbi quvvələrinin Suriyadan çıxarılmasına və onun müsbət nəticələnməsinə təsir edə biləcək daxili qüvvələrdən əlavə, başqa dövlətlər və onların fəaliyyəti də var. Kimləri nəzərdə tutursunuz və onların hansı daha çox təsir gücünə malikdir?
- Suriyada sülhün əldə olunmasına əks təsir göstərə biləcək İrak, İsrail və koolisiyaya daxil olan Avropa Dövlətləri. Bu saydığımız dövlətlərin rəsmi şəxsləri Donald Trampın qərarının doğru olmadığını və buna etiraz etdiklərini bildiriblər. Bu dövlətlərdən İrak Suriya sərhədlərinə qoşun yeridəcəyini artıq elan edib. Ancaq İrak özü də gözəl başa düşür ki, o Türkiyənin hərbi gücü qarşısında bir gün belə davam gətirə bilməz. Ancaq ABŞ daxilindəki əks qüvvələr Trampın mövqeyinə təsir etməyə, dolayı yolla müharibədə iştirakını təmin etməyə çalışacaqlar. Buna nail olsalar, hərbi və maliyyə resursları ilə İrakın vasitəsi ilə müharibənin gedişinə təsir etməyə çalışacaqlar. Bu zaman məsələnin həlli yubanacaq.
Anti-terror koalisiyasına daxil olan bəzi Avropa dövlətləri, xüsusilə də daxili ziddiyyətlərdən yayınmaq istəyən Fransa müharibədə iştrak etmək istəyəcəklər. ABŞ-ın razılığı və dəstəyi olmadan Suriyaya qoşun yeridəcək istənilən Avropa Dövləti böyük zərərlə üzləşəcək deyə onların iştrak edib- etməyəcəyi öz istəyi əsasında deyil, ABŞ-ın buna icazə verib-verməyəcəyinə görə həll ediləcək. Hadisələrin gedişinə daha ciddi təsir edə biləcək dövlət İsraildir. ABŞ bölgədən çəkildiyi təqdirdə Rusiya və Turkiyə ilə ittifaqda hərəkət edən İranın mövqeyi xeyli güclənmış olur. Ona görə İsrailin ya birbaşa, ya da hansısa bir Avropa Dövləti və ya İrak vasitəsi ilə müharibəyə daha ciddi şəkildə qoşulacağı gözləniləndir. Münasibətlərində tarixi ziddiyyətlər olmasa da son zamanlar Türkiyə ilə aralarındakı soyuq münasibətlərə görə İsraillə məsələnin diplomatik həllində ağırlıq Rusiyanın üzərinə düşür. İsraillə danışıqlarda uğurlu ortaq nəticənin həllinə nail olmaq üçün İranın bölgədəki mövqeyi də minimuma yendirilməlidir. Burada Rusiya və Türkiyənin ümumi diplomatik səylərindən çox Rusiyanın İran üzərindəki ağırlıq gücü həlledicidir. ABŞ bölgədən çəkilərsə bütün üçüncü qüvvələr Rusiya ilə Türkiyə arasında münasibətlərin pozulması üçün bütün mümkün variantlardan istifadə edəcək. Hər iki dövlət bu cəhəti həssaslıqla diqqətdə saxlamalıdır.
- Donald Trampın: “Terrorçular üzərində qələbə əldə edilmişdir” deməsini hər kəs qeyri-ciddi, sadəcə, Qərarını əsaslandırmaq üçün deyilmiş bəhanə sayır. Bu belə olmasa da ABŞ hərbi gücünü Suriyadan çıxardıqdan sonra terrorcuları məhv edib Suriyada tezliklə sülhə nail olmaq mümkündürmü?
- Əvvəlki müsahibələrimin birində demişəm, yenə təkrar edim: Avropanın bütün potensialını öz əlində cəmləşdirib güclü təlim görmüş Hitler “hərb maşınını” üç olkənin - Amerika, İngiltərə və SSRİ bloku məhv etdi. İndi Amerika başda olmaqla 60 dövlətin birləşdiyi koalisiyanın nizamsız terror qrupuna illərdir qalıb gələ bilməməsi absurd və gülüncdür. Tam əminliklə deyirəm ki, uçüncü qüvvələrin köməyi lazım deyil, onların ortadan şəkilməsi halında Rusiya və Türkiyə bloku ən qısa vaxtda terrorçuları məhv edib Suriyada vəziyyəti bərpa etməyə qadirdir.
-Sonuncu sualımız: Sizin də qeyd etdiyiniz kimi, D.Tramp heç bir ABŞ yetkilisi ilə razılaşmadan, heç kimim gözləmədiyi halda Turkiyə Prezidenti R.T Ərdoğanla telefon danışığından dərhal sonra hərbi quvvələrinin Suriyadan çıxarılması haqqında qərar verib. Sizcə, burada Rusiyanın və ya başqa dövlətin də təsiri olubmu, yoxsa bu Türkiyənin təmiz diplomatik qələbəsidir?
- Burada hər hansı üçüncü bir dövlətin təsirindən söhbət gedə bilməz. Donald Trampın qərar qəbul edilməsinə təsir edəcək yeganə hal yuxarıda qeyd etdiyim kimi, onun seçki öncəsi platformasında seçicilərə verdiyi vədi, R.T. Ərdoğanın da çox güclü natiq, bacarıqlı bir siyasətçi olması danılmazdır. Yəqin ki, danışıqlar zamanı bir çox fakt və arqumentlərlə yanaşı, Trampın öz ideyalarını da bir istinad vasitəsi kimi öünə qarşı istifadə etməklə, bütün hallarda bu Türkiyənin və onun prezidenti cənab Ərdoğanın böyük diplomatik qələbəsidir. İndi eyni böyük ustalıqla bu diplomatik qələbəni praktiki sonluqla yekunlaşdırmaq qalır ki, bu da Türkiyəni daxil olduğumuz yuzillikdə növbəti daha böyük uğurlara aparan vəsilə olardı. Müsahibə yeni il ərəfəsinə düşdüyü üçün fürsətdən istifadə edib qardaş Türkiyə Dövlətinə, xalqına və prezidentinə bütün işlərində uğurlar, daim sülh və firavanlıq arzulayıram… Eləcə də, Azərbaycanın Yeni İli uğurlu olsun, Qarabağ problemimiz qələbəmizlə başa çatsın…
(tezadlar.az)
Pin It

Tezadlar Arxiv

İDMAN