booked.netbooked.net booked.net  

"Yazarlar" jurnalının № 07 (19) iyul-2022-ci il tarixli sayı işıq üzü görüb.

Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın maraqlı yazısı və ağdamlı qələm adamlarından Rahim Üçoğlanlının (Rzayev), Əjdər Əlizadənin, Mina Rəşidin, Vidadi Turan Ağdamlının vətənpərvərlik ruhunda yazılmış şeirləri yer alıb. Bundan əlavə, sonda “Sözün Ağ rəngi” layihəsi çərçivəsində Qarabağ, Ağdam deyə-deyə yurd həsrəti ilə dünyasını dəyişən tanınmış şair Şahmar Əkbərzadənin ruhuna hörmət əlaməti olaraq onun həyat və yaradıcılığına geniş yer verilib.

“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac həm 30.06.2022-ci il Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında, həm də 01.07.2022-ci il tarixində Atatürk  Mərkəzində təqdimat zamanı Ağdam ədəbi mühitindən söhbət açmış, jurnalın № 07 (19) iyul sayında yer almış Şahmar Əkbərzadənin hələ ötən əsrin ortalarında (1966) qələmə aldığı “Vətən” adlı

Sui-qəsd ediblər şan-şərəfinə!

Edam olunubdur beş hərfin də!

“Və” keçib sərhədin o tərəfinə,

“Tən”qalıb sərhəddin bu tərəfində!

 

İmkan yox tikanlı sətri pozmağa,

Pozanım olsa da, poza bilmirəm.

Ürəyim gəlməyir bütöv yazmağa,

Mən səni bitişik yaza bilmirəm.

 

Sən iki hecalı bir sözsən “və-tən!”

Sətirdən-sətrə ķecirilmisən!!!

- şeirini iki dəfə təkrar-təkrar tədbir iştirakçıların diqqətinə çatdırmış, mövcud problemlərdən söhbət açmışdır.

O demişdir:  “…Mənfur düşmən, məkirli qonşumuz bədnam əməlləri ilə düz otuz il  bizi ləngitdi. Nəticədə, Şahmar Əkbərzadə, Xudu Məmmədov kimi dəyərli ziyalılarımızın hələ ötən əsrin ortalarında qaldırdığı problemlər arxa plana keçdi. Arazdan, Urmudan, Göyçədən, İrəvandan, bütöv Azərbaycandan yazmaq əvəzinə, Qarqardan, Həkəridən, Qarabağdan, Ağdamdan, Laçından yazmağa məcbur olduq. Şükür Allaha bu bəladan qurtulmuşuq. Qalan xırda məsələlər də tezliklə öz həllini tapacaq. İndi qələm adamlarınınəsas  məsələdən yazmaq vaxtı çoxdan gəlib çatmışdır. Bu, bizim vəzifə borcumuzdur…”

Üzqabığına uyğun olaraq  tanınmış şair Mina Rəşidin rəsmi çıxarılıb.

Bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Tuncay Şəhrili

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN