booked.netbooked.net booked.net  

İyunun 28-də Milli Azərbaycan Tarixi Muzeyində açılmış "Silahların mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahları)" sərgisi uğurla davam edir.

Sərgi pavilyonlarında ilk dəfə olaraq Azərbaycan ustalarının hazırladıqları unikal və qeyri-adi silahların 300-ə yaxın nüsxəsi təqdim olunur.

Bu silahların unikallığı və qeyri-adiliyi onların fərdiliyi və orijinallığındadır. Yüksək səviyyəli fərdi iş -silah mahiyyət etibarilə silah sənəti əsəridir. Məsələn, Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından fraqmentlərin təsvir olunduğu polad qalxan. Ziyarətçilər görkəmli şəxsiyyətlərin şəxsi silahlarını, o cümlədən dahi Azərbaycan filosofu Mirzə Fətəli Axundovun və xanəndə Cabbar Qaryağdının bənzərsiz ornamentli xəncərlərini görə bilərlər. Burada Azərbaycan şairi Mir-Mövsüm Nəvvabın kolleksiyasından olan silah nümunələri də var: dəbilqə, zəncirli zərb, döyüş baltası, zireh.

Sərgidə aşağıdakılar var: Azərbaycan hökmdarı, iyirmi ilə yaxın Rusiya imperatorlarının qoşunları ilə vuruşmuş Abbas Mirzə Qacarın qılıncı, Böyük Britaniya ilə müharibə ərəfəsində Nəsirəddin şah Qacar üçün məxsusi hazırlanmış zülfiqar (qılınc), tanınmış dövlət və ictimai xadim, akademik Əziz Əliyevin xəncəri, yazıçı dramaturq Nəcəfbəy Vəzirovun mauzerinin qoburu, Azərbaycan Xalq Cümhuriyyətinin deputatı İbrahim bəy Heydərovun vaxtilə Türkiyəyə aparılan və bu günlərdə onun yaxın qohumları tərəfindən Vətənə qaytarılan xəncər, Knyaz Vorontsovun kolleksiyasından İrəvan xanlığının xəncəri, Rusiya imperatorları konvoyunun Azərbaycan taqımı əsgərlərinin odlu və soyuq silahları.

Sərgidə uşaqlar üçün silah ekspozisiyası xüsusi yer tutur. Bu, tezisi bir daha təsdiq edir ki, Şərqdə, o cümlədən Azərbaycanda silaha sahib olmaq və ona hörmətlə yanaşmaq uşaqlıqdan, tərbiyə olunurdu, yeri gəlmişkən, heyrətlənmiş Aleksandr Düma (ata) bu barədə təəccüblə yazıb. Sərgidə nümayiş etdirilən silahların bir qismi repressiyaya məruz qalmış Azərbaycanın görkəmli xadimlərindən götürülüb və Xalq Daxili İşlər Komissarlığı orqanları tərəfindən rekvizitləşdirilib, daha sonra isə Milli Tarix Muzeyinə təhvil verilib.

Hər bir xalqın tarixi və mədəniyyəti onun özünəməxsusluğunu və unikallığını müəyyən edir. Bu sərgi də bunu təsdiqləyir. Lakin bu gün dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının əl işləri  istər İran, istərsə də Şimali Qafqaz sənətkarlarının işləri kimi təqdim olunur. Azərbaycanlıların əlləri ilə yaradılmış sənət əsərləri üçün dünyanın muzey kataloqlarında gərəkən yeri tələb etməyin vaxtı çatıb. Xarici muzeylərdən Azərbaycan relikviyalarının - məsələn, Ermitajda, eləcə də Hərbi- Tarixi Artilleriya Muzeyində, rabitə və raket qoşunları muzeylərində (hər iki muzey Sankt-Peterbuqrdadır)  saxlanılan bayraqlar, silahlar, Azərbaycan xanlıqları şəhərlərinin açarlarını Vətənə qaytatmaq üzərində düşünməyə dəyər.   Yunanlar Britaniya Muzeyindən Parfenon plitələrinin, misirlilər isə Luvr muzeyindən fironların xəzinələrinin qaytarılmasını tələb edə bilərlər. Muzey tarixi öyrədir, onsuz gələcək yoxdur. Ona görə də silahların da xalça, kəlağayı, şəbəkə və ya paxlava kimi Azərbaycan mədəniyyətinin tərkib hissəsi olduğuna əmin olmaq üçün Bakıda silah sərgisini ziyarət etməyə dəyər.

Sərgi sentyabra qədər davam edəcək, sonra eksponatlar yenidən fondlara qaytarılacaq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN