Qarabağ uğrunda 44 günlük savaşda şəhid olmuş 9 şuşalı gənc qəhrəman haqqında sənədli filmlərin çəkilməsi planlaşdırılıb.

"Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yalnız irəli-3” filminin çəkilişinə start verilib.

Bu serial filmlərin sıradan artıq 3-cü – “Yalnız irəli-3” filmi “Vətən Media” Yaradıcılıq Qrupunun studiyasında çəkiləcək.

Bu ilin sentyabr – oktyabr aylarında reallaşacaq bu layihə çərçivəsində çəkiləsi sənədli-bədii film 44 günlük möhtəşəm haqq savaşında şəhid olmuş şuşalı sanitar-təlimatçı çavuş Hüseynov Əzəmi Əli oğlunun ömür və döyüş yoluna işıq salınacaq. Film bitəndən sonra layihə təbliğat və tanıtma tədbirləri ilə davam edəcək. Onu da qeyd edək ki, İkinci Qarabağ savaşında Şuşanın alınması uğrunda gedən döyüşlərdə şəhid olan 9 şuşalının heç biri Şuşada doğulmayıb.

Film ölkə gənclərinin, xaricdə yaşayan soydaşlarımızın yaddaşında vətən sevgisinin aşılanması barədə dəyərli mənbə olacaqdır.

Son Vətən savaşı Zəfərinin təbliğatına ünvanlanmış bu layihənin müəllifi və rəhbəri şuşalı, pedaqoq, yorulmaz ictimaiyyətçi, şairə, "Azərbaycan–İraq" Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədovadır.

Bu filmlərin çəkilməsində məqsəd Vətən uğrunda şəhid olanların vətənə sevgisinin təbliği, Azərbaycanın apardığı haqq işinə vətəndaşların dəstəyinin artırılmasıdır.

Bildiyimiz kimi, bu il bu qala şəhərinin yaranmasının 270 illiyidir. Yəni 270 il öncə babalarımız bu qalanı tikiblər. 2022-ci il Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilib. Həmçinin, Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı, Qafqazın konservatoriyası seçilib. Səhərin tarixi, işğalı və onun uğrunda canını fəda edən şuşalı şəhid qəhrəmanlar haqqında tanıtım aksiyalarının silsilə təşkili Şuşaya, bu regionun özəlliyinə dana çox əhəmiyyət verilməsi deməkdir.

Qeyd edək ki, noyabr ayında sənədli-bədii filmin təqdimatı olacaq.

E.ŞİRİNOV