booked.netbooked.net booked.net  

"Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yalnız irəli-3” layihəsinin icrasını davam etdirir.

"Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyindən verilən məlumata görə, qurumun sədri Tahirə Məmmədova layihənin icraçı komandası icra planına uyğun olaraq Mingəçevir şəhərində səfər edib. Səfər çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və universitetin məzunu olmuş şəhid Əzəmi Hüseynova dərs demiş müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə razılığa gəlinib ki, "Yalnız İrəli-3" sənədli filmin yekun təqdimatı Mingəçevir Dövlət Universitetində keçirilsin.

Səfər çərçivəsində layihənin icra planına uyğun olaraq digər görüşlər də keçirilib.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN