booked.netbooked.net booked.net  

 Prezidentin 5 yanvar 2022-ci il tarixli 3096 saylı Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il “Şuşa İli” elan edilmişdir. Bu il ərzində Şuşada xeyli sayda beynəlxalq və ölkədaxili tədbirlər keçirilmiş, bu gözəl şəhərimiz və onun taleyi bütün dünyaya tanıdılmışdır. Həmin tədbirlər ilin sonunadək və yəqin ki, gələcəkdə də davam edəcək. “Şuşa ili” həm də Şuşada çox ciddi bərpa və quruculuq işləri ilə yadda qalacaq. Tanınmış hüquqşünas Ərşad Hüseynov isə təklif edir ki, 2023-cü il isə "Laçın ili" elan olunsun. O, sosial platformasında bununla bağlı təklif də səsləndirib: "...Laçın şəhəri və Laçın rayonu ölkəmizin qərb zonasının – Qarabağın və Şərqi Zəngəzurun əsas dayaq nöqtəsidir. Laçın şəhərinin, onun başına gətirilənlərin də bütün dünyaya tanıdılması, onun abad və müasir bir şəhərə çevrilməsi çox vacibdir. Ümid edirəm ki, “Laçın ili” çərçivəsində cənab R.T.Ərdoğanın məşhur “Ay Laçın, can Laçın...” şerini bu gözəl şəhərimizdə deməsinə şahid olmaq 2023-cü ildə bizə qismət olacaq...".
Biz də inanırırq ki, qarşıdan gələn illərimizin hər biri elə işğaldan azad edilmiş rayonlarımızın ili olacaq. Və günlərin birində Xocalının, Xankəndinin, Zəngəzurun ili olsun!
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN