27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova "Təzadlar"a bildirdi ki, görüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsi anılıb, onlarla bağlı xatirələrdən danışılıb. AzTU-nun tələbələri arasında vətənpərvərlik hisslərinin hər zaman yüksək olduğunu deyən rektor Vilayət Vəliyev bildirib ki, universitetin tələbə və məzunları torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. Rektor deyib ki, AzTU-da şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların gənc nəslə daha yaxından tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. O da bildirilib ki, şəhidlərin əziz xatirəsi qəlblərdə əbədi olaraq yaşayacaq. Şəhid tələbə və məzunların ailə üzvləri görüşə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA