Dünən Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Şuşada namaz qılınıb, şəhidlərimizin ruhuna Quran oxunub...

Xatırladırıq və şəkildən də görünür ki, Şuşa məscidi təmirə dayanıb və 28 illik ayrılığın izi aydın görünür. Məscid hazırda restavrasiya edilir... Tarixi ornamentləri saxlanma şərtilə məscidin dayanıqlığı üçün vacib konstruksiya işləri görüləcək.

Onu da qeyd edək ki, dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

A.Məmmədli