Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltəraş-rəssam Cümşüd Rəşid oğlu İbrahimli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini, Azərbaycan Rəssamlar İttifaqının İstehsalat-Yaradıcılıq Kombinatını, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Qurban oğlu Xəlilovu və Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Yusif qızı Məmmədəliyevanı məhkəməyə verib.

Bu barədə Tezadlar.az-a heykəltəraş-rəssam Cümşüd İbrahimli özü məlumat verib.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edən C.İbrahimlinin surəti redaksiyamıza daxil olan iddia ərizəsində bildirilir ki, o, 1973-cü ildə Tbilisi Rəssamlıq Akademiyasının “Monumental heykəltəraşlıq” fakültəsini görkəmli gürcü heykəltəraşları Mereb Bergrenişvili, Şota və Cuna (ata-oğul) Mikatadze, Valentin Topuridze və Kandelaki kimi korifeylərdən dərs alıb: “Bakıya köçüb AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun qiyabi aspirantı, SSRİ Rəssamlıq Akademiyasının Bakı filialının əyani aspirantı, rəhbərim, görkəmli korifey heykəltəraş - SSRİ RA-nın müxbir üzvü, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun rəhbərliyi ilə Maestro Niyazinin 2,5 m ölçüdə heykəl fiqurunu sağlığında yaratmışam, Niyazinin ev muzeyində qorunur. 1973-cü ildən Bakıda gərgin məhsuldar yaradıcılıqla məşğul olmaqla Respublika və İttifaq sərgilərində və müsabiqələrində, hətta ümumdünya müsabiqəsində, Hindistandan olan müsabiqəyə Moskvadan cəmi 18 layihə seçilib göndərilmişdi  onların ikisi mənimki idilər - Cavahirləl Nehru və İndira Qandinin portret və fiqurlarını seçib göndərmişdilər.

Beləliklə, 1973-cü ildən 49 ildir ki, aktiv yaradıcılıq yolu keçməklə 5 diplomla ARİ-nın və onun heykəltəraşların bölməsi üçün heç bir dəfə də olsun heç yerə seçilməmişəm, mənim yaşıdlarım əməkdar rəssam, xalq rəssamları fəxri adları alsalar da, məni bilərəkdən öz cərgələrinə seçməyiblər. Bir də son 35 ildə yığıncaq, seçki olmayıb. Nədən danışaq? Özləri özlərini gizli seçiblər. Bu isə cinayətdir! (ARİ-nin Nizamnaməsi, 1992-ci il, III bölmə, “e” bəndi)

Mən əvvəllər Mədəniyyət Nazirliyinə müraciət etmişdim ki, fəxri adlardan mənə düşmürmü? Nazirliyin şöbə müdiri Fərəh Əliyeva cavab yazmışdı ki, sizin yaradıcılığınızı təqdir edirik və siz ancaq bu haqda öz iş yerinizə - ARİ-na müraciət edin, onların tövsiyəsi ilə yalnız MN Prezidentə məlumat verir (qoşmada təqdim edirəm).

1 saylı İnzibati-İqtisadi Məhkəmə əvvəl - 2016-cı ildə qonorar tələbinə görə MN və ARİ-nin İYK mütəşəkkil tərzdə öz günahlarını mənim üstümə yıxmaqla mənim iddiamı rədd etdirdilər və mən apellyasiya şikayəti ilə həmin I instansiya (1 saylı İİM) məhkəməsinin 2-2(81)-1201/2016 saylı, 05.10.2016-cı tarixli qərarını öz qərardadı ilə (2-2(103)-108/2017 saylı, 31.03.2017-ci il tarixli) ləğv edib öz qərardadı ilə işi Nəsimi rayon məhkəməsinə göndərmişdir. O vaxt İYK təklif etdi ki, məhkəməni saxla, sülh yolu ilə həll edək. Vaxt uzandı, baş tutmadı və mən işi “baxılmamış” saxlamışam.

AR Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

AR Mülki Məcəlləsinin 5.1-ci maddəsinə əsasən İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.

Həmin Məcəllənin 5.2-ci maddəsinə görə Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.

Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən  Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Həmin Məcəllənin 6.3-cü maddəsinə görə Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

İddialarım:

1) MN-nin Ekspert Komissiyasının 11.03.2022-ci il tarixli  ləğv olunması haqda iddiam.

2) MN-nin arxivində gözümlə oxuduğum və sonradan gizlədilib (bəlkə də məhv edilib) yalan, saxta ifadələrlə iddiamı rədd etdiriblər, hətta məhkəməni, hakimləri aldadıblar. 2№-li aktın mövcudluğunu sübut etmək (MN-nin arxivində mənim iştirakımla ekspert müayinə keçirməli, qeydiyyat kitabını tələb etmək və yoxlamaq. Bəlkə də kitabı dəyişə bilərlər, amma mühasibat  sənədləri yoxlanılsa (bank əməliyyatları və s.), həmin məbləğin ödənildiyi məlum olar).

3) Həmin birinci layihəyə görə layihə qonorarlarını almaq. 9000 manat+50.000 manat=59.000 manat. (Birinci layihə smetası 1990-cı ildə tərtib olunmuşdur. Hazırki vaxtda dövlət sifarişi ilə (Nazirlər Kabinetinin Qərarı ilə) “Koroğlu” və “Babək” heykəllərini smetaları AR MM-nin Maddə 11.2 analogiyası tətbiq edilir. “Koroğlu”, “Babək”, “Pənah xan” - hər üçün AR NK-nin Qərarı ilə dövlət sifarişi olduğu üçün analogiyadan istifadə etmək olar.

AR MM-nin 11.2-ci Maddəsi: “Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

4) Mədəniyyət Naziri və ARİ-nin sədrinin təklifi və tapşırığı ilə yeni layihə Prezidentə çatdırmaq üçün mən şifahi sifarişlə dizaynerlər Şərif Yolçuyev və Fəid Əlili ilə danışıb yeni variant 2 layihə yaratdıq, yazılı müqavilə olmasa da, həmin layihələr ARİ-nin idarə heyəti tərəfindən baxıldı, bəyənildi və sədr F.Xəlilov onu nazirə, nazir də Prezidentə çatdırmalı idi. Niyə çatdırmadı? Əlavə olaraq Mədəniyyət Nazirliyi və ARİ ilə birlikdə xüsusi komissiyalar 2022-ci ilin sonlarında Respublika Muzeylər Mərkəzində “Zəfər yolu” sərgisində qəbul olunaraq uğurla sərgilənmişdir. Deməli dəyərləndirilmişdir!

5) F.Xəlilov mənimlə söhbətində məndən rüşvət, faiz istəyib razı olmadığım üçün layihəni Nazirə, Prezidentə göndərmədi, 270 illiyə abidəni hazırlamağa şərait yaratmadı, əksinə təxribatla, qərəzli şəkildə bu işi əydi. Bu işdə AR MN də iştirak edib. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva respublika üçün əhəmiyyətli olan bu abidənin ucaldılmasına maneçilik yaradan şəxslərdən olmuşdur.

MN-nin Komissiyasının cavab aktının 3-cü abzasdakı “... tərəfinizdən irəli sürülmüş Şuşa şəhərində Pənah xanın abidəsinin quraşdırılması ilə bağlı “təklif” sözü tamamilə haqsız və yersiz kəlmədir. Belə ki, mən sıradan, hər hansı yoldan ötən vətəndaşlardan deyiləm ki, öz yanımdan yaratdığım layihəni  “təklifi”  nazirliyə sırayam (?). Əgər abidə “komissiyası” bu abidənin tarixçəsinə baş vursaydılar, bu təhqiramiz sözləri yazmazdılar. Belə ki, o vaxtlar (keçən əsrin 80-ci illəri) Azərbaycanda və Bakıda heç bir atlı heykəli olmadığı vaxtda mənim hazırladığım “Koroğlu” heykəl-abidə layihəsi respublika və ittifaqın mərkəzi qəzetlərində (“Sovetskaya kultura”) və televiziyalarında işıqlandırılmışdı.

Həmin vaxtlar Mədəniyyət Nazirinin birinci müavini Z.Fərzəliyev (1990) mənə müraciət etdi ki, Şuşa üçün “Pənah xan” abidəsi üzrə yaradıcılıq axtarışları apar və eskiz layihə təqdim et. Hazırladım təqdim etdim, bəyəndilər və sonra İYK-na təklif göndərirdilər (01.08.1990-cı il tarixli, 1791/01-11 saylı) ki, mənimlə  müəllif müqaviləsi bağlansın və İYK ilə mənim aramda 04.01.1991-ci ildə 71 saylı müəllif müqaviləsi bağlandı və mən korifey-memar akademik Mikayıl Hüseynova müraciət etdim, heykəl kompozisiya xoşuna gəldi və biz möhtəşəm monumental abidə layihəsini 3 noyabr 1991-ci ildə tamamlayıb İYK və MN-nə təqdim etdik. Bədii şura və MN-yi qəbul edib 2№-li akt ilə qeydə almaqla Mədəniyyət Naziri Polad Bülbüloğlu bu haqda AR Nazirlər Sovetinə hesabat-təqdimat göndərdi ki, qoşmada 2№-li aktın surəti, müəllif qonorarlarının ödənilməsi haqda məlumat da verdi. (sonralar mən onu 2№-li aktı MN-nin arxivində tapdım, öz gözlərimlə oxudum, sona çatmamış arxivin qapısı açıldı, sektor müdiri (xəbər tutduğundan) qaçaraq  tənginəfəs içəri girib mənə ”arxivə niyə burnunu soxmusan?” deyə təhqir etdi və qovluğu əlimdən dartıb aldı və arxiv müdiri Rübabə xanıma verdi, məni oradan polis ilə çıxartdı. Çıxanda mən ona “artıq axtardığım 2№-li aktı tapmışam, oxumuşam, onu gizlədə bilməzsiniz” deyib çıxdım. Bir qədər sonra İİM-nin sorğusuna saxta təqdimatla təkzib etdilər ki, 2№-li akt MN-də yoxdur.

6) Əvvəla, MN-nin 26.04.2022-ci il tarixli cavab məktubunun, 11.03.2022-ci il tarixli aktın ikinci abzasındakı məlumat absurd və özbaşınalıqdır! Həmin Qərarın qüvvədən düşməsinə aid AR NK-nin hər hansı Qərarı olub ya yox? Zənnimcə yox!

Qanunvericilikdə hökumət Qərarı (AR NK (NS) özündən aşağı nazir, nazir müavini, şöbə müdiri, hər hansı “komissiya” tərəfindən ləğv edilə bilməz. Bu haqda AR Mülki Məcəlləsinin 2.6-cı maddəsində qeyd edilir ki, Qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın.( Xəbərdarlıq edirəm, bu işdə mən 3-cü şəxsəm)

7) MN və ARİ-nin İYK-nın məhkəməyə verdiyi yalan, saxta ifadələri faktiki sənədlərlə sübut etməsini təsdiq etsin! Əks halda həmin yalan, saxta təqdimat üçün məsuliyyətə cəlb olunsunlar.

8) MN-nin məhkəmələrdə uzun illər şöbə müdiri İsmayıl Hüseynov məni Pənah xanın heykəlinin İYK ilə müqavilədə adım hallanmadığına  görə MN-nin guya mənimlə heç bir müqavilə öhdəliyinin olmadığını təkid etməklə, neçə illərdən sonra axır ki, mənə yazdığı məktubla etiraf etdi, uzun illər məhkəmələrdə olan saxta ifadələrlə məhkəmələri aladaraq haqlı iddiamı rədd etdirdi. Buna görə kompensasiya və yalan, saxta ifadələrə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Eləcə də keçmiş I müavin Z.Fərzəliyev qonorarı mənimsədiyini güman edirəm və MN sektor müdiri Qalib Qasımov uzun illər 2№-li aktı gizlətdiyinə görə məsuliyyətə cəlb olunsunlar.

AR MM-nin 23.1-ci maddəsinə görə  Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Komissiyanın cavab məktubunun 4-cü abzasında “... nazirlik tərəfindən sözügedən abidənin ucaldılması ilə əlaqədar müsabiqə elan edildiyi təqdirdə, bu günki tələblər nəzərə alınmaqla yeni eskiz layihəsi ilə iştirak edə bilərsiniz” - cümləsi və “təklifi” mənim müəllif kimi qanuni qüvvəyə minmiş hüquqlarımı pozmuşlar, müsabiqədə mənim iştirakıma şərait yaratmalarına minnət qoymuşlar. Həmin abidə sifarişini qanunsuz yolla əlimdən alıb, sonra “müsabiqə” yolu ilə başqa heykəltəraşlara “sırımaq” istəkləridir ki, bu da baş tutmaz! Məntiqlə Bədii Şura və MN tərəfindən 2 nömrəli Akt ilə bəyənilib qəbul olunmuş layihələrimizə, heç bir KİV-də  tənqidə məruz qalmayan əsərə belə təcavüz nə deməkdir? (Bu əsasla MN-nin 11.03.2022-ci il tarixli aktının (komissiyanın sədri Fərhad Xəlilova qarşı iddia - eyni zamanda ARİ-nin Nizamnaməsi pozulduğuna görə iddiam)

9) Əlavə olaraq həmin “Komissiyadan”, eləcə də AR MN-dən cavab məktundakı ikinci abzasdalı “AR NS-nin 7 aprel, 1985-ci il tarixli, 5 saylı qərarının həqiqətən də hansı qanunla və kim tərəfindən ləğv edilib və indiki halda Şuşanın 270 illiyi və 2022-ci ilin “Şuşa ili” elan olunması ərəfəsində 44 günlük Zəfərimizin 2-ci ildönümündə hansı üzdəniraq “vətənpərvərlər” bu normativ aktı imzalamışlar? Cavab gözləyirəm təcili!

Paralel olaraq bu xəbərdarlıqla bərabər məhkəmədə iddia qaldırıram.

Bunlar da Fərhad Xəlilovun mənə qarşı tutduğu mövqeyə, mənə təklif etdiyi “bax, sənin üçün edirəm” sözünü üç dəfə təkrarlaması ilə mən tərəfdən onun istəyini təmin edən cavab (haqq, rüşvət, faiz, bəlkə də layihəyə qoşulmaq istəyi) almadığına görə Nədəniyyət Nazirinin  və özünün təklifi ilə əlavə bir ədəd də yeni layihənin hazırlanması tapşırığı ilə tanınmış dizayner Şərif Yolçuyev və vizualizator Fərid Əlili ilə birlikdə hazırladığımız 2 ədəd qonorarların ödənilməsi (üç nəfə müəlliflərə) tələbini AR MM-nin 21.1-ci maddəsini Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın pozmuşlar.

Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

AR Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən AR MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nərərdə tutulur.

Həmin Məcəllənin 42-ci maddəsinə əsasən Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir (AR MN-nin arxivində öz gözlərimlə görüb oxuduğum nazir P.Bülbüloğlunun AR NS-nə təqdimatında təqdim olunub).

AR MPM-nin 43.1-ci maddəsinə əsasən Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.

Həmin Məcəllənin 60-cı maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər (Bu mənada Müəllif Hüquqları Agentliyini cəlb etmək yerinə düşər).

AR MPM-nin 67.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

10) Sonra 1 saylı İİM-də hakimin sorğusu ilə həmin 2№-li aktın məhkəməyə təqdim edilməsi tələb edilsə də, MN-nin şöbə müdiri İsmayıl Hüseynovun və İYK-nın təqdimatında məhkəməyə yalan, saxta, uydurma ifadələri və yazılı cavabında məhkəmənin heç birinə gəlmədən məhkəməni və hakimi aldadıb “inandırıb”, həmçinin İYK-nın direktoru B.Hüseynov da aşkar yalan, uydurma cavab məktubuna ramən mənim halal əməyim üzrə qonorar almaq iddiamı rədd etdirdilər. Tədqiqat işləri aparılsın, ədalətli qərar verilsin! Əlavə olaraq  sektor müdiri Qalib Qasımov və arxiv müdiri Rübabə xanım bu tədqiqata cəlb edilməlidir.

AR MPM-nin 78.4-cü maddəsinə əsasən Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. 

AR MPM-nin 78.5-ci maddəsinə əsasən Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. (Əhsən!)

Budur, mən isə MN və ARİ, habelə İYK ilə münasibətlərimizi olduğu kimi sübut etməyə hazıram! (Tədqiqat göstərəcəkdir!)

Vaxt uzandı. F.Xəlilovdan soruşanda deyirdi ki, “göndərmişəm, bilmirəm”. Ədalət mənim əqidəmdir, həyat tərzimdir. Rüşvətə qoşulsaydım çoxlarından əvvəl titullarla varlı yaşamağı mən də bacarardım. Lakin mən özümlə bacarmıram, qismətim də, taleyim də budur. Kimlər qiymətləndirirsə, nə xoş!

Mən bundan artıq itirəcəyim heç nə yoxdur. “Bax, sənin üçün edirəm” sözünün cavabını tezliklə yaşayacaqlar. Bütün ölkəyə, dünayaya car çəkəcəm, hamısını ifşa edəcəm. İnşallah!

Yeni layihələrin dizaynerlərlə birlikdə qonorarlarını Nazirdən və Fərhad Xəlilovdan tələb edirəm.

 Həmin layihə variantları ARİ-nin katiblərinin bəyinib seçib götürmələri və 2022-ci ilin yanvarında “Zəfər yolu” Respublika rəssamlıq sərgisinə MN-nin və ARİ-nin birgə komissiyaları bəyənib sərgiyə götürmüşdülər və uğurla sərgilənməklə, hətta AzTV məndən intervü də götürmüşdür.

Beləlikə, layihə haqqında “fikirləriniz” (cavab məktubundakı) əyani olaraq bəyənib qəbul etdiyiniz layihə haqqında “insafsız” söz demək, utanmadan müsabiqə elan etmək Sizə şərəf gətirməyəcək. Mən müqavilə ilə sifarişin 3-cü şəxsiyəm, mənə xələl gətirməməlidir.

Əsas problemlərin səbəbləri haqda ARİ-nin və “Heykəltəraşlıq bölməsi”nin fəaliyyəti haqqında həqiqətləri başqa məktubumda ölkə tanıyacaqdır (sədr Xanlar Əhmədovdur).

8 noyabr 2022-ci ildə Vətən müharibəsindəki 44 günlük Zəfər bayramının 2-ci ildönümünə və Şuşamızın 270 illik yubileyinə 3 ay qalmış möcüzə də olsa MN-nin 1-ci müavini Elnur Əliyevlə görüşmək nəsib oldu. Tarixçəni danışdım, təzə işə qəbul olduğundan halı dəyişilmiş, ərz etdim ki, MN  və ARİ-nin İYK sifarişçi və icraçı olduğu Pənah xan atlı abidəsinin Şuşada ucaldılmasına heç bir təşəbbüs və hərəkət göstərmədiklərinə görə 19 ay itirmişik və bu vaxtı tək vuruşmişam. İndi 3 ay qalır yubileyə, abidəni bronzada deyil, ancaq polister materialda işləyib çatdırmaqla sadəcə Nazirliyin ölkə Prezidentinə müraciəti və razılığı gərəkdir, bacarıqlı, qoçaq ustalarımız var, çatdırarıq. O, layihənin fotolarını öz telefonuna köçürdü və vəd etdi ki, lazımı yerlərə çatdıracaq. Nazir özü məzuniyyətdə idi. Elnur müəllim də məzuniyyətə çıxmalı idi, demişdim ki, 1-2 günə cavab verin, işimizi bilək. Təəssüflər ki, onu görə bilmədim, artıq vaxt getdi, indiyədək cavab yoxdur. Bütün ümidlərim öldü. Allah Kərimdir!

 “Müəlliflik hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 44.3.6-cı maddəsinə əsasən “Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır”.

Həmin Qanunun 45.2-ci maddəsinə əsasən “Məhkəmə müəlliflik hüququ ilə əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquq müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakıları barədə qərar qəbul edə bilər:

1) Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirlərin tutulması. (Mənim məsələmdə sözü gedən AR NS-nin 07.04.1985-ci il tarixli 5 saylı Qərarına əsasən AR MN ilə ARİ-nin İYK arasında bağlanmış 10.12.1990-cı il tarixli müqavilə əsasında korifey memar akademik M.Hüseynovla Şuşa şəhəri üçün “Pənah xan” abidəsinin möhtəşəm layihəsi 03.11.1991-ci il tarixdə (vaxtından əvvəl) tamamlyaıb İYK-nın Bədii Şirası və MN  tərəfindən bəyənilərək 2№-li akt ilə qəbul olunmuş layihə Qarabağ müharibəsi ilə 08.05.1992-ci ildə Şuşamız erməni-rus birləşmələri tərəfindən işğal olunması ilə əlaqədar abidənin növbəti heykəlin 7 metr böyüdülməsi və tunca tökülməsi və quraşdırılması işi başlamadan dayandırıldı. Burada müəllifin - mənim müqavilə və smeta (661788.14 manat) həmçinin də 7 metrlik heykəlin müəlliflik qonorarının alınmasını gözlədiyim üçün Mədəniyyət Nazirliyinin Ekspert Komissiyasının 11.03.2022-ci il tarixli aktı ilə  - guya AR Nazirlər Sovetinin adı çəkilən 5 saylı Qanununun artıq qüvvədən düşməsinə  (yəqin həmin abidənin müqavilə ilə (10.12.1990) hazırlanma müddətinin 1990-1993-cü illər kimi olması və artıq müddətin bitməsi kimi qələmə verməklə) həm də yuxarıda qeyd etdiyim kimi, ARİ-nin sədri Fərhad Xəlilovla Mədəniyyət naziri Anar Kərimovun təklifi və F.Xəlilovun özünün tapşırığı ilə yaratdığımız layihəyə ölkə Prezidentinin baxması və seçim imkanı vermək üçün əlavə bir layihə də hazırlanması təklifini tanınmış dizayner Şərif Yolçuyev və vizualizator Fərid Əlili ilə şifahi sifarişlə haqqı sonra ödəniləcəyi şərti ilə hazırladığımız 2 variant qeyd etdiyim kimi ARİ-nın İdarə heyətinin sədri və katiblərinin iştirakı ilə müzakirədən sonra bəyənilib, şəxsən sədr F.Xəlilovun təqdim olunmuş kompüterdə müasir proqramlarla işlənmiş layihə foto görüntülərdən 5-6 ədəd seçib götürdükdən sonra aramızda baş verən xoşagəlməz (haqq-hesab) söhbətindən sonra Mədəniyyət nazirinə söz verdiyi layihələri ona qərəzli şəkildə çatdırmadı, bununla da Şuşanın 270 illik yubileyini baykot etməklə, təxribatçılıqla bu abidənin vaxtında 270 illiyə çatdırılmasına məkrlə mane oldu. Bununla “Müəlliflik hüququları haqqında” Qanunun 45.2-ci maddəsinin - Zərərin əvəzinin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqlarının pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması- dedikdə Mədəniyyət Nazirliyinin “Ekspert” Komissiyasının 21.03.2022-ci il tarixli aktı ilə formal olaraq NK-nin 5 saylı Qərarının qüvvədən düşdüyünü formalaşdırmaqla, gələcəkdə müsabiqə vasitəsi ilə abidəni başqalarına satmaq ümidinə əks olaraq həmin aktı ləğv etmək kifayət edər ki, ədalət bərqərar olsun.

“Müəlliflik hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinə əsasən Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər.

Həmin Qanunun 45.5-ci maddəsinə əsasən Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. Yuxarıda üeyd etdiyim kimi-istifadə zamanı əldə edəcəyim qonorarın ödənilməsini yalnız həmin 11.03.2022-ci il tarixli aktın ləv olunması və AR NS-nin 5 saylı Qərarının təzələnməsidir. 

“Müəlliflik hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən:

 Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı

  1. Müəlliflik mübahisələrindən irəli gələn iddialar üzrə dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
  2. Pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər və orqanlar Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər.
  3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.

Maddə 47. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Bununla da ARİ-nin sədri, MN-nin Ekspert Komissiyasının sədri kimi Nazirliyin digər hüquqi şəxsləri də səfərbər edib həmin 11.03.2022-ci il tarixli aktı imzalamaqla mənim vətəndaş və müəlliflik hüquqlarımı pozmaqla əslində məkrli niyyətlə şöhrətli abidənin əlimdən alıb sonra (yubileydən sonra) müsabiqə yolu ilə “qanuna” salıb əlimdən alıb mənim halal hüququmdan məhrum etmək istəyirlər.

AR Mülki Prosessual Məcəlləsinin 20-ci - Ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz etmək üçün əsaslar- maddəsinə əsasən:

20.1. Etiraz etmək üçün bu Məcəllənin 19-cu maddəsində göstərilən əsaslar eyni ilə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir.

Göründüyü kimi, AR NS-nin məlum Qərarına əsaslanan MN-nin və ARİ-nin İYK arasında bağlanmış 12.1990-cı il tarixli müqavilənin müddəti 1990-1993-cü illər olmaqla, baş vermiş Qarabağ savaşında 08.05.1992-ci ildə Şuşamızın işğalı nəticəsində sübuta ehtiyacı olmayan qarşısıalınmaz faktorun, fəlakətin abidənin icrasının davamını məcbur dayandırılsa da, şükürlər olsun ki, 30 ildən sonra ilahi qüvvələr tərəfindən ədalət qalib gələrək Qarabağımızı və onun tacı Şuşamızı azad etdiksə, Prezidentin bu xoş məramla Şuşaya olan və vəd edilən bərpanın və abadlığın çatıb Şuşanın 270 illik yubileyinin keçiriləcəyi 8 noyabr 2022-ci ili sevinclə qeyd edildiyi bir məqamda adıçəkilən abidənin sifarişçisi (həm də məhz Prezident tərəfindən Şuşanın bərpası və abadlaşdırılması Mədəniyyət Nazirliyinə tapşırılıbsa) xalqımızın “Zəfər bayramı” münasibəti ilə 30 illik möhnətdən sonra Müzəffər Ordumuzun, ölməz şəhidlərimizin canları, dönməz qazilərimizin qanları, igid əsgər və zabitlərimizin, habelə Ali Baş Komandanın bu xoş sədalı ifadələrinə ramən icrası yarımçıq qalmış “Pənah xan” abidəsinin yenidən icrasına davam etmək üçün Prezidentimizə və hökumətimizə müraciət etməklə Şuşamızın azad olmasının 3-cü ildönümü - “Zəfər bayramı”na abidənin icrasına zəmin yaradılmasına nail olmağa çalışacaq.

Lakin yubiley keçsə də, 8 noyabr onsuz da artıq əbədi təqvimimizə “Zəfər günü” kimi, Şuşamızın da azad olunması günü kimi də düşmüş, bu şöhrətli bayramı hər il şövqlə qeyd edəcəyimizə əminlik hissi ilə gələn ilin 8 noyabrında Şuşamızın azad olunmasının 3-cü ildönümü -Şuşamızın artıq “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qardaş xalqların, dövlətlərin bu bayramda həm də Qarabağımızın rəmzi kimi Şuşamıza verilmiş, bu fəxarət yaradan xoş əməlləri ilə zənginləşdirəcəkdir.

Bu arzulara çatmaq üçün mənimlə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının rəhbərləri ilə yaranmış anlaşılmamazlıqların aradan qaldırılmasında, “Müəlliflik hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 45.4, 45.5, 46.1, 46.2, 46.3 və 47-ci, AR MPM-nin 308-ci maddəsinin, habelə “Müəlliflik hüququ nədir?- Müəlliflik hüququ – elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadı) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır - tələblərinə əsasən yada salıb möhtərəm hakimlərdən bu saf niyyətli, şərəfli işdə uğur qazanmaqla dilbər Şuşamızın şöhrətini daha da uzaqlara, gələcəyə çatdıra biləcək bu problemimdə yardımçı olmağınızı xahiş edirəm.

Şuşanın vizit kartına, loqosuna çevriləcək abidənin həyata vəsiqə almasına imkan yaratmağınızı Sizdən xahiş edirəm.

Möhtərəm hakimləri bu xoş mərama, adil hakim kimi öz milli hisslərinizə dəstək verməyə çağırıram!

Qoy Ədalət zəfər çalsın! Qarabağ Azərbaycandır!

Yaşasın Türk Dünyası Birliyi-“Turan”!”

E.ŞİRİNOV