booked.netbooked.net booked.net  

Amerikalı müğənni Teylor Svift (Taylor Swift) 2022 American Music Awards-da "İlin artisti" mükafatını qazanıb.

Bu barədə bazar günü axşam Los-Ancelesdə baş tutan mərasimin təşkilatçıları məlumat verib.

"İlin artisti" adına digər namizədlər Harri Stayls, Adel, Aubrey Dreyk Qrem (Dreyk), The Weeknd, Beyonce və Bad Bunny idi.

American Music Awards — 1973-cü ildə təsis edilən illik Amerika musiqi mükafatları mərasimidir. Mükafat musiqi məhsullarının istehlakçıları arasında keçirilən internet səsverməsinin nəticələrinə əsasən verilir. Bu prinsip hər bir musiqiçinin real populyarlıq səviyyəsini əks etdirən ən obyektiv hesab olunur. Namizədlər rekordların satışı, videokliplərin, qastrolların və konsertlərin baxış sayı, həmçinin sosial şəbəkələrdəki aktivlik nəzərə alınmaqla müəyyən edilir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN