Dünyaşöhrətli meksikalı rəssam Frida Kahlonun bəyənmədiyi və zibilliyə atdığı avtoportreti hərracda 8,63 milyon dollara satılıb.

  Fridanın 1933-cü ildə çəkdiyi və bəyənmədiyi "Avtoportret. Çox kifir" (Autorretrato. Muy feo) adını verdiyi və sonra atdığı şəkli 18 noyabrda ABŞ-ın Nyu-York şəhərindəki “Christie's” hərrac evində adı açıqlanmayan bir şəxs tərəfindən satışa çıxarılıb.  Bu barədə TRT məlumat yayıb.

  Fridanın nadir hallarda istifadə etdiyi, freska texnikası ilə çəkdiyi, 22,2-27,3 santimetr ölçülərində olan rəsminə 7-10 milyon dollar arası təxmini qiymət qoyulmuşdu və əsər 8,63 milyon dollara satılıb.

  Qeyd edək ki, Fridanın atılan əsərini dostu Lüsen Blox (Lucienne Bloch) tapıb, gizlicə götürərək satıb.

  Xatırladaq ki, 2021-ci ildə Frida Kahlonun “Dieqo və mən” əsəri 34,9 milyon dollara satılmışdı. Bu şəkil rəssamın bu günə qədər ən yüksək qiymətə satılan əsəri sayılır.

TEZADLAR.AZ