C.Oldricin məşhur “Diplomat” əsərində belə bir epizod vardır...
“İrandakı vəziyyət haqqında siz nə düşünürsünüz, Mark-Qereqor? Axı, siz orada xeyli yaşamısınız?
Bu suala cavab tapa bilmədiyindən pərt olmuş Mark-Qreqor dedi:
- Bilmirəm. Mən ora getmək və orada nə baş verdiyini görmək istərdim. Axı, cənab Vışınski, artıq beş-altı ildir ki, orada olmamışam.
Vışınski elə bil həddən artıq ehtiyatlılıq üçün Mark-Qreqoru məzəmmətləyirmiş kimi:
- İranda baş verməkdə olan hadisələri başa düşmək üçün orada olmaq, heç də zəruri deyildir, - dedi. Lakin onun əlini hərarətlə sıxaraq, Moskva ilə yaxşıca tanış olmağı məsləhət gördü”.
XXX 
...Mən, indiki İran ərazisində yaşamamışam, tarixi Azərbaycan torpaqlarında düz 30 il öncə, 1992-ci ildə olmuşam. İlk dəfə “Ov tüfəngi”ni də əlimə alıb quşa orada atəş açmışam.
Uşaqlığımın unudulmaz xatirəsidir - cənubda müsafiri olduğum müdrik cənublu soydaşımız Hacı kişi ortancıl oğlu Vahidə (Vəhid) üzünü tutub dedi:
- ilk dəfə deyirəm, bu adı ona vətənimiz Azərbaycanın vahidliyi naminə qoymuşam. Rəmzi məna daşıyır:
- “Düzdür biz indi Arazı o tayına, bu tayına gediş-gəliş edə bilirik. Ayrılıq quşu öz qəfəsini qırıbdır. Nə yazıq ki, quşun bir qanadı qırıqdır. Ona görə də biz bütöv bədən olaraq göydə pərvazlana bilmirik. Budur, bizim müştaq olduğumuz - həsrət çəkdiyimiz. Arazın üstündəki körpüləri keçə bilirik, ən əsası “Sırat köprüsü”nü keçməkdir. Bu bir olmağımızdır, bütövlükdür, oğlumun adı kimi, Vahid olmağımızdır. Həsrətin tam bitdiyi an bax o vaxt olacaq!”
Bu dialoq milli dövlətçilik tariximizdə öz-dəsti xətti ilə sayılıb-seçilmiş paytaxt şəhərlərimizdən biri olan Təbrizdə və onun ətrafında baş veribdir.
Hazırda kürəsəl olaraq baş verən qeyri-adi hadisələr, gözlənilməyən dəyişikliklər və yeniliklər ümumilikdə narahatlıq və heyrət doğurur. Hələ o ki, qaldı bölgədə. Bu gün İranda gedən proseslərə biganə qalmaq qeyri-mümkündür.
Birincisi, bəşəri nöqteyi-nəzərdən yaşananlar insani dramdır;
İkincisi, burada qanı-qanımızdan, canı-canımızdan olan soydaşlarımız vardır.
Çünki, “bu böyük tarixi təbəddülatdan ruhlanan cənubi azərbaycanlılar da azadlıq mübarizəsini gücləndirmiş” və cisimləri ilə sınağa çəkilməyə məcbur olmuşlar;
Üçüncüsü, qlobal və regional çağırışdır.
Bütün bunlar bizi sövq edir ki, milli-mənəvi məsələyə mövqe bildirək. Bu tarixi gedişatın beynəlxaq hüquq çərçivəsində öz həllini tapması istiqamətində sivil münasibət sərgiləyək.
Biz tarix boyu “Qonşum şah, mən də şah” prinsipi ilə deyil, biz “Qonşun tox, sən də tox” amacıyla yaşamışıq. Əfsus ki, bu amal qarşılıqlı olmayıb və hətta, cəzasız qalmayıb.
Çünki, həqiqətə xurafat və ədalətə “çarşab” üstün gəlibdir. Rejim irəliyə deyil, geriyə yol alıbdır.
Düz 157 il bundan əvvəl - böyük mütəfəkkirimiz M.F.Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat “Kəmalüddövlə məktubları” bu gün də qonşumuz İranın gündəliyindədir və cəmiyyət üçün ideoloji aktuallıq kəsb edir.
“Kəmalüddövlə məktubları” öz bənzərliyinim bir daha isbat edərək, bir azərbaycanlı dühanın vahid Azərbaycanın endə-boyda böyüklüyünü göstərir və onun “bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir”.
Necə ki, əsərdə Kəmalüddövlə Cəmalüddövləyə deyir ki, “əgər o da İrandan xali olmasaydı, bu eyibləri onun üzünə deməzdi. O bilir ki, İran nəşeyi-azadiyyət və hüquqi-insaniyyətdən bixəbərdir, ona görə də despot zülmündən nicat tapa bilməz”.
Digər bir analogiya 1983-cü ildə mühacirətdə olan İran Yazıçıları Assosiasiyasının Frankfurtda kitab sərgisinin təşkilatçılarına məktubunda yer alıbdır: Ölkəmizin düçar olduğu böyük faciə bu gün artıq hamıya bəllidir. … Vətənimizi ən vəhşi, qeyri-humanist və primitiv dəyərlər sisteminə əsaslanan İran İslam Respublikası rejimi idarə edir. İranda bir çox kişilər və qadınlar, gənclər və qocalar, hətta uşaqlar və hamilə qadınlar yalnız İslam Respublikasının totalitar rejiminə sədaqətlərini sübut edə bilmədiklərinə görə güllələnirlər”.
Eləcə də hələki sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Bu memuar və tarixi janrda olan əsərdə də “Tarixin dərinliklərinə gömülmüş qaba qüvbə bu gün iranda zühur edərək üzə çıxmışdır və İranın mədəniyyəti və sivilizasiyasının bütün nailiyyətlərini məhv etməyə çalışır” fikiri ilə üst-üstə düşür.
Əfsus ki, obyektiv baxdıqda mənzərə belədir. Lap tənqiddə olsa belə, konstruktiv olmalı və problemlər şişirdilməməlidir. Bir sözlə, subyektiv olmamalıdır və deyildir.
Əslində, şəxsi olduğu kimi dövlətçilik baxımından da qonşunun yaxşı olması: - sağlam yaşaması və fəaliyyəti olduqca arzuolunandır.
Təəssüf ki, bu heç də belə deyildir. Bütün qeydlər bugünün aydın ponaramasını göstərir və dövrümüzlə birə-bir səsləşir. Ona görə ki, fundamental problemlər kökündən həll edilməyənə qədər öz xüsusiyyətlərini daşıyır, ildən-ilə, nəsildən-nəslə ötürür. Bəşər övladının kod yaddaşına hopur.
Unutmayaq, ideal səmavi inanclardan olan “İslam dini o zaman yaşayıb davam edə bilər ki, insanlar dinin mahiyyətini şüur və mərifət əsasında anlamış olsunlar”.
Bu xüsusda, məhz elə İslamın təriqətlərindən biri şiəlikdə on iki imam teologiyasına görə peyğəmbər Məhəmməd s.ə.s. birbaşa mənəvi varislərindən olmuş VIl imam Kazım belə buyurmuşdur: - “Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir”.
Göründüyü kimi, biz hələ ki, səbr edənlərdənik!
Belə ki, İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlamasında həssas və ikibaşlı məqama, habelə Xəzər ətrafı ölkələrdə - Qafqaz regionunda baş verən proseslərə biganə qala bilmərik. Bura bizim Evimizdir.
Sülh və təhlükəsizlik hamımız üçündür. Qonşularımızdakı sabitlik və əmin-amanlıq bizim arzu və istəyimizdir.
Eyni zamanda, İran İslam Respublikasındakı mövcud durum narahatlıq doğurmaya bilməz. Bu vəziyyəti gərginləşdirən obyektiv və subyektiv səbəblər olsa belə.
Ən əsası, Azərbaycan və azərbaycanlılar xüsusunda.
İndi Cənubi Azərbaycan! (əslində isə Azərbaycanın Cənubunda) adlanan tarixi ərazinin aborigen əhalisi olan azərbaycanlılar təzyiq və təqiblər ilə üzləşirlər.
Bu da haqlı narazılıq doğurmaya bilməz.
Buna görə də Prezident İlham Əliyevin dediyi kimi, - “…Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.
Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.
Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin sözləri çox qaranlıq mətləblərdən və gizli iddialardan xəbər verir: -
“Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq.
Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır…”.
Əli Əkbər Vilayəti tarixə varsa, reallıqlara diplomat bəsirəti ilə baxsa, görəcəkdir ki, İranın Azərbaycan müstəqilliyi ilə imkanları genişləndi, Naxçıvan üzərindən yeni nəfəs verildi.
Bu gün onunla sivil ölkələr sırasında hərtərəfli əməkdaşlıq edən yeganə ölkə məhz Azərbaycandır.
Təkcə bu fakta görə “Səhər”dən-axşama manipulyasiya və spekulyasiya etməyə, katalizatorsayağı bəyanatlar verməyə gərək yoxdur.
Z.Bjezinskinin “Böyük şahmat taxtası”ndakı oyununun gedişatı əsasında etdiyi təhlil və proqnozu ilə desək: - “Əgər Azərbaycan siyasi və iqtisadi inkişafda stabil uğurlar əldə edərsə, onda İran azərbaycanlıları Böyük Azərbaycan yaratmaq ideyasını möhkəmləndirəcəkdir. Deməli, Tehranda siyasi qeyri-sabitlik və fikir ayrılıqları İran dövlətinin birliyi üçün problemə çevrilə, bununla da “Avrasiya Balkanları”nda (Rusiya, Türkiyə və İran) baş verənlərin əhəmiyyətini və çərçivəsini kəskin genişləndirə bilərdi”.
Qeyd: dövlətin geniş üfüqünün 4 əsas cəhəti olur: - şimal, cənub, qərb, şərq. Eləcə də Azərbaycanın cənubu.
Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA