booked.netbooked.net booked.net  

 

Azərbaycan Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi.

Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır. Laçınlıların sevinci göylərə baş çəkən dağların zirvəsinə, yamaclardan boylanan çiçəklərin ləçəklərinə, doğma torpağın hənirinə, çayların zümzüməsinə, yurd yerlərinin nuruna bələnib. Bir güllə atılmadan işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni Laçına yeni bir həyat qayıdır. Yurd sevinir, ocaq sevinir, əzəli və əbədi sakinlərinin ayaq səslərinə sevinən Laçın indi qürurun və məğrurluğun ahəngi ilə nəfəs alır.  Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur. Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi hesab olunub. Bu hadisə regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Laçına qayıdış mühüm iqtisadi nailiyyətlərə yol açacaq. Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının qələbəsidir: "Prezidentin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi".

Dövlət başçısı çıxışında bütün bu uğurların əsası güc amili olduğunun və ölkəmizin öz gücünü artırmasının zəruriliyi məsələsinə də toxunaraq deyib ki, güc amili ön plandadır: “Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də".Güc amilinin bundan sonra da dünyada hakim olacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: «Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılıb, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd apara bilər. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur”.

 İşğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir: "Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Prezident İlham Əliyevin dediyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq".

Laçın Azərbaycanın ən böyük strateji əhəmiyyətə malik rayonudur. Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Prezident İlham Əliyevin rəsmi tvitter səhifəsində etdiyi paylaşım hər bir laçınlıya böyük sevinc, qürur yaşadır. İşğaldan azad olunan Laçında bərpa və yenidənqurma işləri sürətlə aparılır, mühüm infrastruktur layihələr həyata keçirilir. Laçınlılar deyirlər ki, 44 gün davam edən Vətən müharibəsində qazanılan parlaq qələbə sınan qürurumuzu, itirilən torpaqlarımızı, inamımızı və arzularımızı qaytarıb. Doğma yurd yerlərinə qayıtmağa hazırlaşırıq. İnanırıq ki, Laçın insan əllərinin qüdrəti ilə öz nadir gözəlliyinə yenidən qovuşacaq.

  Əziz Əliyev,

YAP Masallı rayon təşkilatı, Masallı regional “ASAN xidmət” 

ərazi partiya təşkilatının sədr müavini   

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN