booked.netbooked.net booked.net  

Sevilən bəstəkar, çoxsaylı mahnılar müəllifi Sevinc Tofiqqızı yurd həsrətli şair Əli Vəlioğlunun bir çox şeirlərinə dinləyiciləri riqqətə gətirən gözəl musiqilər bəstələyib, mahnılar yazıb...

Sevinc Tofiqqızı bu dəfə şairin yaradıcılığında özünəməxsus yer tutan "Arazın dərdi" şeirinə müraciət edib. Azərbaycanı iki yerə bölmüş Arazın yüz illərdir iki qardaşın arasına səpdiyi həsrətdən qidalanan şeirdəki Vətən dərdi, yurd həsrəti, Təbriz nisgili həzin musiqinin dili və Əməkdar artist, gözəl sənətkar, ustad qiraətçi Azad Şükürovun ifasl ilə tamaşaçının ürəyini ovsunlayır... İranda rejimə qarşı baş qaldırmış azadlıq və istiqlal etirazları fonunda mərhum şair, yurd nisgilli Əli Vəlioğlunun alovlu sözlərinə bəstələnmiş kompozisiyanı "Təzadlar"ın oxucularına təqdim edirik:

 


Əli Vəlioğlu 1940-cı ilin yanvarın 1-də Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Yeddiilliyi Nüvədi kəndində, 1958-ci ildə orta məktəbi qonşuluqda olan Aldərə kəndində bitirmişdir. 1958-1961-ci illərdə əmək fəaliyyətinə kolxozda məşğul olmuşdur. 1961-1964-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra 1968-ci ilədək yenidən Nüvədi kənd kolxozunda işləmişdir. 1965-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil aldıqdan sonra 1968-1989-cu illərdə Nüvədi kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris edib.

Şair 1989-cu ildə qaçqınlıq dönəmində Bakıya köçəndən sonra Azərbaycan Qaçqınlar Cəmiyyətində bir il işlədikdən sonra 1991-1992-ci illərdə "Hikmət", "20 Yanvar" qəzetlərində böyük müxbir kimi jurnalistlik fəaliyyətinə başlayıb. 1993-cü ildə "Türk dünyası" jurnalında redaktor müavini, "Kefli İsgəndər" satirik qəzetində baş redaktorun müavini, həm də rəssam kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən Bakının 151 saylı orta məktəbində müəllim vəzifəsində işləyən şair 2004-cü ildən Azad Azərbaycan cəmiyyətinin üzvüdür. Ədəbi fəaliyyətə 1965-ci ildən başlayan Əli Vəlioğlunun 1970-ci ildə "Kommunist" qəzetində ilk miniatürləri, 1983-cü ildə "Ədəbi Ermənistan" almanaxında şeirləri, "Didərginlər" kitabında publisist məqalələri dərc olunmuşdur. 

  • "Mənim da ulduzum" (1985)
  • "Mənim dünyam" (1993)
  • "Qəzəllər"
  • "Halal çörək" (povest, 1997)
  • "Bu minvalla dünya belə qalammaz" (şeirlər, hekayələr, 1997)
  • "Mənim mənalı dünyam" (hikmətli deyimlər, 2001)
  • "Vətən boyda dərd göyərtdim, qəm yedim" (şeirlər, 2004)
  • "Ağıl dəryasından incilər" (2008)
  • "Ömrümüzə işıq düşür" (albom, 2000)
  • "Nüvədi və nüvədililərin tayfa şəcərəsi" (2009)

Əli Vəlioğlu jurnalistlik fəaliyyətinə görə 2004-cü ildə "Həsən bəy Zərdabi", 2006-cı ildə isə "Qızıl qələm" media nükafatına layiq görülüb. 

Təqdim etdi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN