booked.netbooked.net booked.net  

Müəllim, tələbə,  məmur və idarəçi. Bu rolların yer aldığı teatrlaşdırılmış səhnə əsəri hamını ayaq üstə alqışlamağa sövq etdi...

Tezadlar.az anadoluyakasihaber.com portalına istinadla bildirir ki, İstanbulun 5 müxtəlif rayonundan olan və Anadolu Teatr Qrupunun 20 nəfərlik aktyorları tərəfindən səhnələşdirilmiş "İlk qığılcım və Milli Marş" teatr tamaşası 20 dekabr 2022-ci il tarixdə Eyüp Sultan adlna Mədəniyyət və İncəsənət Mərkəzində nümayiş olundu.
Sevindirici haldır ki, milli türk ruhunu ifadə edən bu səhnə tamaşası əslində, böyük auditoriya qarşısında daha bir imtahanı-hesabat idi. Tamaşaçılar, daha doğrusu, bu möhtəşəm səhnə tamaşasını izləyənlər Milli Təhsil Şöbə müdirləri və Eyüp Sultan Bələdiyyə Başçı və onun müavinləri, bir çox məktəb müdirləri, müəllimlər, lisey şagirdləri və ictimaiyyət nümayəndələri idi. Onların tərəfindən böyük heyranlıqla izlənilən tamaşa müvəffəqiyyətlə səhnələşdirilmişdir. Buna görə idi ki, tamaşaçılara emosional anlar yaşatmış və tamaşa sürəkli alqışlarla qarşılanmışdır. 

Onu da əlavə edək ki, bu möhtəşəm tamaşa Arda Yıldırımın və Merve Arslanın ifa etdiyi və hər dövr üçün sevilən balladaları ilə başlamışdır. Türkiyə Məclis Qurtuluş Savaşının simvolu olan qadınlardan biri Şərifə Bacının qar altında sursat daşımasını, bir qrup əsgərin cəbhədə şəhadətini, işğala dirənən Həsən Tahsinin şəhadətini canlandırmaq üçün peşəkarlıq nümayiş etdirən aktyor qrupu tamaşaçılara  həyəcanlı anlar yaşatmışdır.
 İzmirdə Maşatlık Təpəsində Arif İnsanın mənəvi təşkilatlanması və İstiqlal Şeirinin yazılması tarixinin anladılmasının ardından Mehmet Akif Ersoyun İstiqlal Marşı yazmağa razı edilməsi... Bunlar nə qədər qürurverici anlar idi! Mehmet Akifin hansı tarixi məqamda İstiqlal Marşını yazmasının səhnə canlanması və parlamentdə bu marşın hansı şəraitdə qəbul edilməsi peşəkarlıqla səhnələşdirilmişdir deyə, tamaşaçılar hər belə məqamları alqışlarla qarşılamışdır. Əsasən bu tarixi missiyanın ərsəyə gətirdiyi mənalı və qürurlu anları tamaşaçılara yenidən yaşadan aktyor qrupunun bu tamaşası həqiqətən də zalda duyğulu anların yaşanmasının əsl səbəbi idi.

6147e5be-1e2b-45fd-ae15-896b62ac80cb

Milli-mənəvi hisslərin üstünlük təşkil etdiyi bu tamaşanı səhnələşdirən və canlandıran bütün aktyorlara təşəkkürlərlə isimlərini tezadlar.az-ın oxucularına təqdim edirik: əsərin ssenari müəllifi və rejissoru :Mehmet Akif Çanakçı. Rollarda: Fevzi Türkmen (Tuzla Mesem)- Mehmet Akif Ersoy rolunda, Şenay Bilir (Pendik Mesem)- Şerife Bacı rolunda, Selami Çiçək (Maltepe Peşə və Texniki Anadolu Liseyi)- Müdrik insan rolunda, Jurnalist Uşaq-Derya Gün (Pendik) Mesem), Gökhan Həsən Bəsri obrazını canlandıran Nayir (Pendik Mesem), Ağlayan Qadın-Emine Çetin (Pendik Mesem), İzmirli Qadın-Sema Polat, İzmirli Qadın-Esra Çiftçibaşı, Komissar- Güvercin Gündoğdu, Texniki Qrup Fatma Samur, İsa Soylamış, Yusuf Yılmaz, Emirhan Çələbi, Talha Sağlam, Hərbi Tələbələr: Bilal Akkoyun, İbrahim Babayev, Şaban Görgülü, Kaan Dilli, İsa Çelik və Umut Karadağ.

Milli türk ruhunun daşıyıcısı olan "İlk qığılcım və Milli Marş" əsərinin səhnə təqdimatında rol alan dəyərli aktyorlara daha böyük yaradıcılıq uğurları arzulayır və bu tamaşanı alqışları ilə yüksək qiymətləndirən tamaşaçılara oxucularımız adlndan təşəkkürlərlə:

Asif MƏRZİLİ

d130a4f4-b3ce-4ec8-bae7-ea3df55de631 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN