booked.netbooked.net booked.net  

Bu gün Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirildi.

Füzuli Rayon İcra Hakimiyyətinin və Yap Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon rəsmiləri, Füzuli rayonundan olan bir qrup tanınmış ziyalı, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

 “Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüldü, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlar ifadə edildi.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, Milli Məclisinin deputatı Vüqar Bayramov, İqtisad elmləri doktoru Təranə Kərimova, Əməkdar elm xadimi, professor Qalib Qarayev, Tibb elmləri doktoru Nadir Hüseynov, Filologiya üzrə fəlsəfə doktoru Faiq Qurbanov, Əməkdar müəllim Ülkər Hüseynova, Azərbaycan Bayrağı ordenli veteran Sevindik İsmayılov tərəfindən mövzu ətrafında geniş məruzələr təqdim olundu”,- deyə qeyd edilib.

Xatırladaq ki, 2023-cü il mayın 10-da  görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN