Solneçnoqorsk şəhər dairəsinin Əmlakın İdarə Edilməsi Komitəsi müğənni Alla Puqaçovaya qarşı iddia qaldırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti”-yə şəhərin mətbuat xidmətindən bildirilib.

Belə ki, 2021-ci ilin aprelindən bəri sənətçi Berejki kəndindəki torpaq sahəsinin icarə haqqını ödəmir.

“7 aprel 2023-cü il tarixində Əmlakın İdarə Edilməsi Komitəsi 2021-ci ilin aprel ayından yaranmış borcun ödənilməsi üçün Moskvanın Tverskoy rayonunun 367 saylı Sülh Məhkəməsinə iddia ərizəsi göndərib”, - məlumatda deyilir.

Mətbuatın yazdığına görə, bir neçə il əvvəl Puqaçova nəvəsi Nikita Presnyakova Berejkidə daça verib. O, malikanəni satışa çıxarıb. Qeyd edək ki, evin dəyəri 225 milyon rubl qiymətləndirilir.

E.ŞİRİNOV