Britaniyanın "One Direction" qrupunun keçmiş üzvü Liam Payne İtaliyada istirahətdə olarkən xəstəxanaya yerləşdirilib.

Bu barədə “The Sun” sənətçiyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 30 yaşlı Peyn və sevgilisi Keyt Kessidi İtaliyada Komo gölündə münasibətlərinin ildönümünü qeyd edərkən sənətçi özünü pis hiss edib. Onun üçün təcili yardım çağırılıb və o, xəstəxanaya yerləşdirilib və bu günə kimi oradadır.

“Liam pis vəziyyətdədir, amma daha yaxşı işləyir. Nəhayət, həkimlər ona nə baş verdiyini anlaya biləcəklər”, - agentliyin həmsöhbəti bildirib.

Mənbə onu da əlavə edib ki, ifaçı müayinələrinin nəticəsi alınana qədər ən azı altı gün daha həkimlərin nəzarətində olacaq.

Peyn daha əvvəl Amerika klinikalarından birində müalicə aldıqdan sonra alkoqoldan tamamilə imtina etdiyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN