Şəhidlər və onların ailələri daim diqqətdə saxlanılır...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasından "Təzadlar"a bildirildi ki, həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yazıçılar, şairlər öz əsərlərini mütamadi olaraq təqdim edilib. Kitabxananın Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, tanınmış yazıçı, publisist, Q.R.Derjavin adına ordenin mükafatçısı, “Yazıçı Qadınlar Cəmiyyəti”nin sədri Nüşabə Məmmədli kitabxanya “Evim Vətən, anam xalqımdır!...” hekayəsini təqdim edib. İgid Vətən oğulları canı, qanı bahasına torpaqlarımızı erməni işğalçılarından azad etdi. Onlar şəhid oldular, qazi oldular, döyüşçü oldular, əsgər oldular bir yumruqda birləşərək  Zəfər imzalı Azərbaycan oldular. Yazıçı hekayəsində Səbuhi ilə Şahmarın son döyüşünü ürək ağrısı ilə qələmə alır. Onların qəhrəmanlığı, Vətən sevgisi gənclərimizə örnəkdir. Səbuhi  bütün xalqın övladı oldu. Onun evi Vətən, anası xalq oldu. Milyonlarla insanlar ona oğul dedi, qardaş dedi. Xalqın oğlu oldu, Vətənin oğlu oldu, torpağa döndü torpaq oldu...

Bü gün bizə Zəfər sevincini yaşadan Səbuhilərə, Şahmarlara minlərlə Vətənə dönən, Vətənləşən Azərbaycan oğullarına minnətdarıq. Yeriniz behişt, məkanınız cənnət olsun! Hekayə aşağıdakı keçiddə təqdim olunur:

https://drive.google.com/file/d/1V3RKXzjbktIhc04-qFOCsVxN97AunCgY/view

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA