Yazıçı və şairlər, yadıcı insanlar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən layihəyə qısahəcmli əsərlərini təqdim edirlər.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı Azərbaycanın əsrarəngiz təbiətinə həsr olunmuş yeni yazdığı  “Meşə sakinlərinin söhbəti” adlı hekayəni təqdim etdi. Həkayədəki əhvalatda meşədə yaşayanlar (ağacdələn, qarışqa, kəpənək, bal arısı,  göyərçin, aslan)  bir-biri ilə söhbət edərək, özləri haqqında maraqlı məlumatlar verirlər. Onlar söhbətlərində ana təbiətimizi qorumağa, onu sevməyə çağırırlar. Hekayə sülhə şağırışla yekunlaşır və maraqlı şəkillərlə müşayət olunur.

https://drive.google.com/file/d/1NUfxNvsAI4buX-FR63z4QKYN24QqwKG9/view?usp=drivesdk keçiddə “Meşə sakinlərinin söhbəti” hekayəsini oxumaq olar.

JASMİN