Nəhayət, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurmaqdadır...

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. İ.Hüseynova bildirib ki, BQXK-nın həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq: "Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək".

Qeyd edək ki, bundan əvvəl BQXK-nın ofisi Xankəndidə fəaliyyət göstərirdi.