“Bir qadının özgüvəni olmalıdır. Bu gözəlliklə bağlı deyil. Qadın var gözəldir amma özgüvəni yoxdur. Həyatındakı insanı qısqanır, izləyir yorur ki, bu da inamsızlıqla bağlıdır”.

Bu açıqlamanı Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Naz edib.

Aktrisa kişilərin xəyanət etməsi məsələsinə də toxunaraq bildirib ki, xəyanət etməyən kişi yoxdur, varsa da onun xəbəri yoxdur: “Əgər kişi xəyanət etsə də, onu elə etməlidir ki, xanımının qəlbinə dəyməsin. Yox, əgər həyat yoldaşı bilsə ki, yoldaşı xəyanət edir bu artıq həmin kişinin vicdansızlığıdır”.

E.ŞİRİNOV