Müğənni Röya Ayxan sosial şəbəkələrdə ağ və qara paltarda olan şəkillərini paylaşıb

və şəkillərə yazılan rəylərdən biri belədir: “Bəyaz geyimdəki şəkillərdə müğənni mələk gözəlliyi ilə yadda qalırsa, qara paltarında Röya İblis cazibədarlığını əks etdirir”.

P.S. Nə mələk? Yox bir, Röyanın o ağ paltarının ətəyində namaz qılmaq olardı, amma açıq göbəyi maneçilik törədər. Ətiniz tökülsün elə, Röyanın sosial şəbəkələrdə digər lütlənmiş şəkillərinə, yataq otağında çıxardığı hoqqaların videolarına, başqalarının halal ərini xəyanətkarcasına əlindən almasına və tərbiyəsiz danışıqları, əxlaqa zidd hərəkətləri ilə gənclərin mənəviyyatını kütləvi şəkildə pozduğuna baxanda məlum olur ki, Röya doğrudan da əsl İblis xislətlidir, yəni şeytandır. Hüseyn Cavid məhz belə xəyanətkarları nəzərdə tutub  yazmışdı:

“İblis nədir? Cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir? İblis!”

Röya da məhz bir İblis xisləti ilə ailələr dağıdır, gəncləri düz yoldan çıxarıb, əyri yola salır. Səsi, sənəti olmasa da, o İblis xisləti, şeytan dili ilə onların qəlbinə girib özünə saxta sevgi qazandırır. Bir sözlə, Röya bu qara və ağ paltarı ilə nəhayət, əsl simasını göstərə bildi. Əşi, İblisin, yəni şeytanın ağına da lənət, qarasına da.

***

Əməkdar artist Nigar Şabanova, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbçisi olan nişanlısının üzünü gizlətməklə paylaşdığı şəkil başına oyun açıb və bir sayta bu barədə belə deyib: “Xüsusi Təyinatlı olduğu üçün gizli qalmasını istəmişəm. İşlərində problem yaranar. Ayrılıq xəbərləri də yalan məlumatdır. O xəbərə görə ailəmdə söz-söhbət yaranıb. Nişanlım belə şeylərə öyrəşməyib, görməyib. Mən nəyə görə boş-boş sözlərin üstündə söz eşitməliyəm, danlaq götürməliyəm? Arada niyə soyuqluq yaradırlar?”

P.S. Belə yerdə deyiblər e, görməmişin bir oğlu oldu, dartıb, nə bilim nəyini çıxartdı. Rəhmətliyin qızı, əvvəla, XTQ-çi kimi igid, mərd bir nişanlı tapmısan, səsini sal içinə sakit dur dəə... Gərək görməmiş kimi şəklini paylaşasan ki, baxın, mənim kimi şou əhlinin də nişanlısı var haa... Özü də necə nişanlı? İkincisi, əgər bir şaiyə ilə sən danlaq götürürsənsə, söz-söhbət olursa, arada soyuqluq yaranırsa, deməli, o nikah uzunömürlü ola bilməz və bu, ruslar demiş, “Brak po raşotu” sayılır. Yəni, nikah danışıqlı müqavilə ilədir. Ara yerdə o qeyrətli, mərd oğlan olan XTQ-çinin adını biabır eləmə. Bir arxı hoppan, yəni toy elə, ailə qur, sonra reklam elə də görməmişliyini. Nişanlı olmaq, Nigar xanım, hələ evli olmaq demək deyil haaa...

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə qısa ətəkdə olan şəklini paylaşıb və deyilənə görə, qısa zamanda çoxsaylı izləyicilər tərəfindən bəyənilib.

P.S. Ətiniz tökülsün, a belə zövqsüz izləyicilər. Sizin kimi izləyiciləri mən çay aşağı axıdım, çay yuxarı axtarım. Ay rəhmətliyin uşağı, siz qısa ətəkdə olan ayaqları bəyənməklə 50 yaşlı Aygün Kazımova cavanlaşaraq qurumuş balıq, “sveji” balıq olacaq?!

***

Ötən həftə Brüsseldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Fransanın erməni kökənli prezidenti, yəni erməni axçisi Emma Makronyanın oğlu Emanuel Makronla görüşü barədə danışan politoloq Cümşüd Nuriyev mətbuata belə deyib: “Makron siyasətdə Ərdoğanla müqayisədə küçə siyasətçisidir”.

P.S. Cümşüd müəllim, işi-peşəsi küçələrdə dilənmək olan, Hindistan qaraçılarından törəyən erməninin yeri, əlbəttə, yenə küçələr olacaq dəə. Ona görə də ermənilər bu gün də köklərinə sadiq qalaraq, bəziləri küçələrdə siyasət yürüdür, bəziləri də Azərbaycan torpağında yaratmaq istədikləri, lakin gorbagor olmuş geydirmə “respublikalarını” pul yığıb diriltmək üçün xarici ölkələrdə qapı-qapı gəzib, dilənirlər.

***

Bu günlərdə Novxanı-Sumqayıt yolunda “Range-Rover” markalı maşının sahibi, “Qurtuluş-93” MMC-nin rəhbəri, tikinti maqnatı Hacı Məhərrəm Ağayevin kürəkəni Kərbalayev Elşad Məhərrəm oğlu sərxoş vəziyyətdə 4 nəfərin ölümünə səbəb olan qəza törədib. E.Kərbalayev artıq həbs edilib.

P.S. 7-8 ay bundan əvvəl bu harınlamış Elşadın yaşıdları 44 günlük Qarabağ savaşında, Vətən uğrunda can qoyub, düşmənimiz erməniləri öldürürdülər. Görəsən, bu qudurğan oğul həmin dövrdə harda idi ki, indi də üzə çıxıb 4 nəfər günahsız soydaşımızın ömrünü yarıda qoydu? Fikir vermişəm, 44 günlük Qarabağ savaşında nə qudurğan məmurlar, nə də onların harınlamış oğlanları, kürəkənləri gözə dəymirdi və hamısı sanki siçan deşiyində gizlənmişdilər. İndi neyləyək, yenə 44 günlük savaş başlayaq ki, bu qudurğanlar, harınlar yenidən çıxdıqları yerə girsinlər ki, xalq küçələrdə rahat gəzə bilsin?

***

İyunun 12-də 15 erməni hərbçisinin qaytarılması müqabilində Ermənistanın Ağdam rayonu ərazisində basdırılmış 97 min minanın xəritəsini bizlərə verməsindən danışan N.Paşinyan seçkiqabağı təzəlikcə belə bəyanat verib: “Biz əvvəllər də Sergey Lavrov vasitəsilə mina xəritələrini göndərmişdik”.

P.S. Yaxşı, tutaq ki, belədir, bəs onda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu xəritələri niyə indiyə qədər üzə çıxarmayıb? Bu, bir! İkincisi, görəsən, N.Paşinyan mina xəritələrini Sergey Lavrova verəndə erməni dilində danışıb, yoxsa rus dilində? Xəritələrin indiyə qədər üzə çıxmaması isə onu göstərir ki, S.Lavrov N.Paşinyanla görüşündə erməni dilində danışıb.

***

Antalyada bir parkda şəkil çəkdirərək sosial şəbəkədə paylaşan Bayram Nurlu rəngli uzun saçları və qadın geyimi ilə birmənalı qarşılanmayıb. Şəklin altında yazılan şərhlərdən biri isə belədir: “Simanı tez-tez dəyişdiyin üçün bir gün Əzrayıl səni başqasıyla səhv salıb aparacaq”.

P.S. Eh, harda idi bizdə o bəxt ki, kişi ilə qadınlığı bilinməyən belə birindən canımız qurtara...

***

ADP sədri Sərdar Cəlaloğl

u mətbuata verdiyi müsahibəsində Qarabağ hadisələrindən, Rusiya faktorundan danışarkən deyib: “Kim haqlıdırsa güclü də odur”.

P.S. Yox, Sərdar bəy, düz demirsən. Əslində kim güclüdürsə, haqlı da odur. Sənin məntiqinlə 30 ildir biz haqlı idik, amma Qarabağı işğaldan azad edə bilmirdik. Elə ki, gücləndik və Qarabağı güc yolu ilə azad edərək haqlı olduğumuzu da sübut etdik. Deməli, “Kim haqlıdırsa güclü də odur” yox, kim güclüdürsə haqlı da odur.

***

Aparıcı Rövşanə Ağasif qızı bir verlişdə “kişilər üçün hansı qadınlar maraqlıdır”-sualına belə cavab verib: “Şou-biznes qadınlarının çoxu broyler toyuğuna bənzəyirlər. Hamısı eyni sifət, eyni görünüşlü qadınlardır. Hesab etmirəm ki, onlar kişilər üçün maraqlı olsunlar”.

P.S Ay Rövşanə xanım, sən nə qoyub, nə axtarırsan? Ay pir olmuşun qızı, tutaq ki, elə sən deyən kimi şou əhli xanımların çoxu broyler toyuğuna, yəni quşa bənzəyir. Əlbəttə, şou-biznesdə belə quşlar çoxdur. Bəs şou əhli kişilərin də çoxu broyler xoruzuna bənzəyir axı. Sən görmürsən ki, efirlər, səhnələr belə xoruzlarla doludur? Belə broyler xoruzlarına əlbəttə, broyler toyuqları xoş olacaq. “Tak şto” Rövşanə xanım, kişilərin nəyi xoşlayıb, xoşlamadığını sən bilə bilməzsən. Xoruzlarla, toyuqların bir yerdə olmasının rəhmətlik Teymur əmi demiş “əmi canı, qəti qorxusu yoxdur”.      

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA