booked.netbooked.net booked.net  

“Şuşa İli” çərçivəsində “Vikipediya”nın gürcü dili bölməsində məqalələr yaradılacaq.

Təlimlər Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin, “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşdırılacaq.

Bu barədə TEZADLAR.AZ-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O,  bildirib ki, “Vikipediya”nın gürcü dili bölməsində “Şuşa İli” çərçivəsində məqalələrin yaradılması ilə bağlı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin idarə heyətindən Leyla Əmrahova və “Vikimedia”nın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mehman İbrahimovla fikir mübadiləsi aparılıb. Yaxın günlərdə mərkəzin gəncləri təlimlərdə iştirak edəcəklər.

 Elnur Eltürkün sözlərinə görə, burada əsas məqsəd gürcü dili bölməsində Azərbaycana aid və Şuşanın tarixi ilə bağlı məqalələrin yaradılması, eyni zamanda, mövcud olan məqalələrin zənginləşdirilməsidir.

“Sonda təlimləri uğurlu başa vuran və məqalələr yaradan könüllülərə “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüskarı, Milli Məclisin deputatı Elnur Allahverdiyev və AMEA Mərkəzi Elmi Kitabxananın direktoru professor Məmməd Əliyev tərəfindən sertifikat və fəxri diplomlar veriləcək”.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN