Müğənni Lalə Məmmədova sosial şəbəkədə qara və qısa geyimdə olan şəkillərini paylaşıb. İzləyicilər də onun gah görünüşünü, gah saçlarını, gah da qısa ətəkli paltar geyinməsini tənqid ediblər.

P.S. Day denən, nəyi var yıxıb, sürüyüblər dəə... Xüsusilə fevralda 44 yaşını qeyd edən bir xanımın baldırlarını çöldə qoymasını haqlı olaraq tənqid edirlər. Adama deyərlər müğənni olanda, nə olar? Geyiminə fikir ver dəə... Sənin qısa paltar geyinib, baldırlarını kimsəyə göstərməyinin vaxtı çoxdan keçib e...

***

Təzəcə “ding” eləyib ortaya çıxan müğənni Müjgan Ayxan hansısa rəis sponsoruna həsr etdiyi deyilən “Rəisim” mahnısı barədə münasibət bildirərkən bir sayta belə deyib: “Mənim ifa etdiyim “Rəisim” mahnısı ümumilikdə dövlətimizin keşiyində duran hüquq-mühafizə orqanlarının əməkdaşlarına həsr olunub”.

P.S. Rəhmətliyin uşağı, hansı müğənni deyər ki, mənim sponsorum filan rayonun rəisidir? O rəis ondan sonra nəinki işdə, heç orqanda qala bilməz. Bəs onda təzəcə sənət yolunda addımlamağa başlayan Müjganın əlindən kim tutar? Onsuz da sənət yolunda olsa da, sənəti, səsi olmayan Müjgan sponsorun sayəsində yavaş-yavaş irəli gedəcək. Rəis də bir azərbaycanlı kimi sözə, sənətə bağlıdırsa, buna gənc və gözəl Müjgan neyləyə bilər ki? Necə deyərlər, bu iş birliyinə Allah xeyir versin və səhnədə birlikdə qocalasınız. 

 ***

Qəzetlərin birində “Prezidentə kim mane olur?” başlıqlı yazıda qeyd edilir ki, 10 minlərlə insan Bakıda bələdiyyədən aldığı torpağa dair  mülkiyyət hüququ əldə edə bilmir.

P.S. Bu gedişlə hələ uzun müddət əldə edə bilməyəcəklər də. Nöşün ki, elə iribuynuzlu məmurlar var ki, bu məsələdə vətəndaşlarla Prezident arasında çin səddi yaradaraq, milyonlarla manat pullar qazanırlar. Heç kimə sirr deyil ki, istənilən adam bələdiyyədən aldığı torpağa və ya sənədsiz tikilən evlərə, babat pulun müqabilində mülkiyyət hüququna dair çıxarış (“kupça”) ala bilir. Belə olan surətdə hansı ağlı başında olan iribuynuzlu məmur Prezidentin göstərişini yerinə yetirərək, evlərin və ya torpaqların pulsuz sənədləşdirilməsinə icazə verər? Bu səbəbdən də sənədsiz evlərin və torpaqların sənədləşdirilməsindən milyonlar qazanan məmurların Prezidentə mane olması təbiidir. Ancaq hara qədər? Gec-tez o məmurlar kasıbların ah-naləsi ilə yığdıqları o milyonları “içəridə” qusacaqlar...

***

 Yasamal rayonundakı 13 saylı məktəbin direktoru Yaqut Sadıqovanın məktəbin bağçasında xadimələrlə birlikdə təmizlik işləri aparmasını əks etdirən şəkilləri sosial-şəbəkədə yayılıb və bu da insanlar tərəfindən alqışlanıb.

P.S. Əlbəttə, bu, alqışlanası addımdır. Necə deyərlər, sağ əli, özünü ağa hesab edən digər məktəb direktorlarının başına. Bu, bir. İkincisi isə, adam evinin ağası da olar, nökəri də.

***

Elza Seyidcahan yaranmış mülk problemini həll etmək üçün “Səni axtarıram” verlişində hamıya müraciət edib ki, ona 70 min manat borc pul versinlər. Ona pul vermədiyi üçün xeyriyyəçiliyinə şübhə ilə yanaşan və “ondan da artıq xeyriyyəçi insanlar var”- deyən Elza Seyidcahana müğənni Manaf Ağayev belə cavab verib: “Danışsaydım yardım edərdim, danışmıram onunla. Bunu bütün Azərbaycan bilir ki, onunla küsülüyəm”.

P.S. Ay Manaf bəy, gör sən nə qədər xoşbəxt adamsan ki, geyimini belə bilməyən, şeirləri ilə ətimizi tökən Elza ilə küsülüsən. Elza xanımla doğma bacısı küsülüdürsə, sənin kimi yad bir insanın küsülü olmağı əlbəttə, təəccüblü deyil.

***

Erməni generalı Valerik Köçəryan qatıqlayaraq belə deyib: “Azərbaycan ordusunun yenidən qurmasından öncə sülh sazişi əldə etməyə tələsir. Ancaq yaxşı bilirlər ki, ermənilər birləşəndə onlarla vuruşa bilməyəcəklər. Bu gün biz ölkəmizi və xalqımızı qorumaq ideyası ətrafında birləşmişik”.

P.S. Bu daşnak köpək oğlu deyəsən unudub ki, elə 44 günlük savaş zamanı 10 mindən çox erməni də sıx birləşib döyüş meydanından fərarilik edərək qaçmışdır. Belə yerdə deyiblər e, “keçinin əcəli çatanda, buynuzunu çobanın çomağına sürtər”. Amma bu erməni keçisinin, sevdikləri rusun dilində desək bu “kozyol”un buynuzu 44 günlük döyüşdə sındırılıb. Qalan bircə içi boş başıdır ki, o da düşünmə qabiliyyətini itirdiyindən bu “kozyol” qatıqlayır. Görəsən, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun igidliyi sayəsində Zəngəzura da sahibliyimizi bərpa edəndə, bu “kozyol” 44 günlük döyüşdə sındırılan burnunu və itirilmiş başını tapıb düşünə biləcəkmi ki, bu nə tort idi mən yedim? Bu ermənilərin irili, xırdalı hamısına tort yedizdirməsən, bunlar ağıllanası deyil, vallah.

***

Xəbər verilir ki, Ermənistan anklavları, yəni Qazağın 7 və Naxçıvanın bir Kərki kəndini qaytarmaqdan rəsmən imtina edib.

P.S. Nə olsun, elə 30 il Qarabağın işğal olunmuş ərazilərini də qaytarmaq istəmirdilər və Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” demişdi. Prezident İlham Əliyev demiş, “Bəs noldu Paşinyan?  Cəbrayıla yol çəkirdin, Şuşada parlament binası tikirdin?”. İndi Ermənistan qaytarmaqdan rəsmən imtina etdiyi o kəndləri də quzu balası kimi qaytaracaq. Əlbəttə, öz xoşuna qaytarmayacaq ki... Ona görə də Dəmir Yumruq bir günlük də olsa, havaya qalxacaq... Onda görüm bu dığalar hansı mahnını oxuyacaqlar?

***

Aparıcı Vüsalə Əlizadə “İnstaqram” hesabında yeni fotosunu paylaşıb və altından da bu sözləri qeyd edib: “Kimsənin yaşadıqlarına gülmə. Yol uzun və səninki hələ bitmədi...”

P.S. Vüsalə xanım, əvvəlla, şou əhlinin heç vaxt öz yolu olmur. Ona görə də hansı yola desən gedirlər. İkincisi isə, olmayan yol necə bitə bilər axı?.. 

ELÇİN

elcinmemmedli This email address is being protected from spambots. You need JavaScript enabled to view it.